Google Youtube vasitəsilə musiqi dinləyənləri maraqlandıracaq YouTube Red xidmətini təqdim edəcək.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata, görə sentyabrın 29-da təşkil olunacaq konfransda şirkət Nexus telefonlarından əlavə bu tip yeni xidmətlərini də təqdim edəcək.
Məlumdur ki, istifadəçilər YouTube-u telefonlarda, planşetlərdə, fərdi kompüterlərdə radio kimi istifadə edir. Qısaca deyə bilərik ki, videoları əvvəldən sona qədər YouTube-da izləmirik. YouTube-dan daha çox musiqi dinləmək üçün istifadə edirik. Yəni, Youtube-da video pəncərəsini açırıq, amma pəncərəni arxa fona əlavə edib yalnız musiqiyə qulaq asırıq.
Google-un üzərində işlədiyi YouTube Red xidməti isə istifadəçilərin tətbiqi arxa plana keçirdikdə video görüntüsünün qarşısını alacaq. Beləliklə, YouTube Red musiqi dinləmək üçün istifadə olunan Spotify, Rdio, Apple Music kimi tətbiqlər qədər populyar olmağı hədəfləyir.
Bu xidmət YouTube tətbiqinin Android cihazlarına yüklənməsi ilə işləyəcək.
Ağasəf Haqverdiyev
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət