YouTube-da ödənişli üzvlük başlayır

23-02-2015 / 13:52

Məşhur video paylaşma saytı olan YouTube-də ödənişli üzvlük dövrü başlayır.

Google-un satın almasından sonra sürətli bir şəkildə böyüyən video paylaşma platforması ciddi bir seqmentin marağını çəkəcək kimi görünür.

YouTube reklam istəməyən istifadəçiləri üçün ödənişli üzvlük modelini hazırlayır.

REKLAMSIZ VİDEOLAR

İstifadəçiləri video izləyərkən bezdirən bu reklamlardan xilas olmaq üçün ödənişli üzvlük modelinin böyük maraqla qarşılanacağı bildirilir. Gələcək modelə görə, YouTube-a aylıq bir ödənişlə bütün videolar reklamsız izləniləcək.

Video paylaşma platforması ilk olaraq 2013-ci ildə sınağa başladığı sistemdə istifadəçilərdən aylıq 0,99 dollar məbləğ alacaq. Ödənişin irəliləyən dövrlərdə arta biləcəyi ifadə edilir.

Ekspertlər videolarda böyük bir bezginlik yaradan reklamlardan xilas olmaq üçün istifadəçilərin bu məbləği könül rahatlığı ilə ödəyəcəyini düşünürlər.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.