Previous Next
Bağla

YouTube-da videoya ümumi baxış vaxtı Facebook-dan çoxdur

05-10-2015 17:28
YouTube-da videoya ümumi baxış vaxtı Facebook-dan çoxdur

Facebook sosial şəbəkəsinin rəqəmli video sahəsində son uğurlarına baxmayaraq onun göstəriciləri YouTube videohostinqinin nəticələrindən xeyli geri qalır. 

Xeberler.az xarici mətbuata istinadla bildirir ki, həm əlavələr daxilində, həm də veb-versiyada videonun ümumi baxış vaxtında YouTube-un göstəriciləri sosial şəbəkənin göstəricilərindən 11 dəfə və ya 91 faiz çoxdur. Amerikalılar hər gün YouTube-da videoya baxmaq üçün ümumilikdə 8061 il, Facebook-da 713 il sərf edirlər.

Dünya miqyasında YouTube-un rəqəmləri daha ürəkaçandır: dünyada hər gün YouTube-da videoya baxmaq üçün təxminən 46 min il sərf edildiyi halda Facebook-da bu göstərici 5625 il təşkil edir.

YouTube tamaşaçıları gündəlik servis daxilində video baxışına 20, 40 və 60 dəqiqə sərf edirlər. 13-17 yaşlı rəqəmli video tamaşaçıları videohostinqi Facebook ilə müqayisədə 18,5 dəfə çox seçirlər. 17-20 yaşı gənclər videohostinqə 16,5 dəfə çox üstünlük verirlər.  

Bununla yanaşı, 55-64 yaşlı insanlar YouTube-u yalnız 1,8 dəfə çox üstün tuturlar. Yaşlı istifadəçilərdə (65 yaşdan yuxarı) bu göstərici 1,4 dəfə təşkil edir.

 

Xeberler.az

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə