“YouTube” dünyada Rusiya media kanallarını bloklayır

12-03-2022 / 09:45

ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarını bloklamağa başlayıb.

Xeberler.az bildirir ki, bu barədə videohostinqin tviter səhifəsində yerləşdirilən bəyanatında deyilir.

“Biz həmçinin Rusiya dövləti tərəfindən maliyyələşdirilən media ilə əlaqəli YouTube kanallarına bütün dünyada girişi əngəlləyirik. Bu dəyişiklik dərhal qüvvəyə minir. Sistemlərimizin bunu tam şəkildə həyata keçirməsi üçün vaxt lazımdır”, - deyə məlumatda vurğulanıb

“YouTube” Rusiyadakı platformasında da bütün monetizasiya üsullarını dayandırıb.

Qeyd edək ki, Ukraynada davam edən müharibə ilə əlaqədar bütün Avropada “RT” və “Sputnik”in “YouTube” kanalları bağlanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə