Previous Next
Bağla
REKLAM YERİ

«Azərbaycanda 3G-nin tətbiqi sahəsində irəliləməyə hazırıq»

28-08-2009 11:17
«Azərbaycanda 3G-nin tətbiqi sahəsində irəliləməyə hazırıq»

Trend Capital-ın mobil rabitə operatoru Bakcell şirkətinin baş direktoru İneke Botterlə müsahibəsi

Azərbaycanın mobil rabitə bazarı texnoloji irəliləyişə hazırdır ki, bundan sonra da, misal üçün 3G kimi yeni texnologiyaların tətbiqi hesabına inkişaf etsin. Məhz istifadəçilərə yeni növ məhsul və xidmətlərin təqdim olunması mobil rabitə operatorları üçün gələcək inkişafı təmin edəcək. Bakcell şirkəti son zamanlar, sürətli templərlə öz şəbəkəsini genişləndirib və təkmilləşdirib, Azərbaycan bazarında iştirakını nəzərə çarpacaq qədər artırıb və yeni abunəçilərin cəlb olunması məqsədilə təzə marketinq fikirlərini işləyib hazırlayır.
Bakcell-in baş direktoru İneke Botter müsahibədə şirkətdə həyata keçirilən islahatlar barədə danışıb.

- Azərbaycanın mobil rabitə bazarını necə qiymətləndirirsiniz?

- Mənim fikrimcə ölkədə mobil telekommunikasiyalar bazarı yalnız artacaq. Və bu artım ən azı yaxın üç il ərzində müşahidə olunacaq. Burada mən, məhz mobil rabitə operatorların fəal abunəçilərinin sayını əks etdirən artımı nəzərdə tuturam. Mobil operatorların öz müştərilərinə yeni məhsul və xidmətlər təqdim etmək imkanlarına gəldikdə isə, bu artım texnologiyalar inkişaf etdikcə müşahidə olunacaq. Başqa cür desək, texnologiyalar inkişaf etdikcə mobil operatorlar öz xidmətlər çeşidini artıra biləcəklər. Hal-hazırda Bakcell məhz bununla əsaslı sürətdə məşğuldur: biz öz şəbəkəmizi və texniki bazamızı genişləndirir və təkmilləşdiririk ki, abunəçilərimizə daha yeni məhsul və xidmət növləri təqdim edə bilək.

- Hazırda Bakcell abunəçilərinin sayı neçədir?

- Hazırda bizim 1,5 milyon fəal abunəçimiz var. Mən, sadəcə olaraq Bakcell SIM-kartı olan deyil, daim şirkətimizin xidmətlərindən istifadə edən insanları nəzərdə tuturam. Bakcell nömrəsi olan ümumi istifadə sayına gəldikdə isə, bu göstərici çox güman ki, artıq iki milyona çatıb.

- Bu gün ölkədə 3G texnologiyasının tətbiqi barədə çox söhbət gedir və bu texnologiyanı çoxları gözləyir. Bakcell buna hazırdırmı?

- Biz bu istiqamətdə irəliləməyə hazırıq. 3G texnologiyasına dair qərarlar Azərbaycan hökuməti və bu məsələnin məşğulu həvalə olunan müvafiq strukturlar tərəfindən qəbul edilir. Artıq Azərbaycan Prezidentinin məsələyə müəyyən aydınlıq gətirən sərəncamı açıqlanıb. Hələ ki, biz, lazımi lisenziyanın əldə olunması məqsədilə ərizə təqdim etmək üçün hansı sənədlərin hazırlanmasına dair dəqiq məlumatları gözləyirik.

- Şirkətinizin builki kapital qoyuluşları necədir?

- Bakcell-in bu il ərzində investisiyalarının ümumi məbləği 150 milyon dollardan çoxdur. Biz həmin vəsaiti şəbəkəmizin genişləndirilməsi və müasirləşdirilməsinə yönəltmişik: son səkkiz ay ərzində Bakcell-in əhatə zonası demək olar ki iki dəfə genişlənib. Buna nail olmaq üçün biz ən yeni və təkmilləşmiş avadanlıq və proqram təminatı əldə edirik.

Bir qədər əvvəl Bakcell öz brendinin dəyişdirilməsi üzrə genişmiqyaslı və çoxmilyonlu layihə həyata keçirib. Bu layihə çərçivəsində 220-dən çox diler mərkəzləri təmir olunub. Hazırda, bildiyiniz kimi, şirkətimizin yeni loqotipi var. Biz eyni zamanda bir neçə marketinq layihələri hazırlayıb həyata keçirmişik və regionlarda iştirakımızı nəzərə çarpacaq qədər artırmışıq.

- İlin əvvəlində Bakcell və Nokia Siemens Networks şirkəti arasında Flexi Edge yeni baza stansiyalarının satınalmasına dair müqavilə imzalanmışdır. Bu il neçə yeni baza stansiyası quraşdırılıb və gələcəkdə neçə stansiyanın quraşdırılmasını planlaşdırırsınız?

- Nokia Siemens Networks mobil operatorlar şəbəkələri üçün dünyanın aparıcı avadanlıq istehsalçısıdır. Bəli, biz avadanlığımızın böyük hissəsini Nokia Siemens Networks şirkətindən alırıq, bununla belə Bakcell digər təchizatçılarla da əməkdaşlıq edir. Bu istiqamətdə əldə etdiyimiz nailiyyətləri daha aydın nümayiş etdirmək üçün, bir statistik məlumat təqdim etmək istərdim. Belə ki, cari ilin yanvar ayının 1-də bizim ölkə boyu 750 aktiv baza stansiyalarımız var idi. Son 7 ay ərzində biz baza stansiyalarımızın sayını 1100-dək çatdırdıq. İlin sonuna kimi isə Azərbaycan üzrə 2000 baza stansiyanın istifadəyə verilməsini planlaşdırırıq. Şirkətimiz ən müasir yeni nəsil baza stansiyaları quraşdırır. Bu stansiyalar əvvəlki modellərdən daha güclü və effektivdir. Bundan əlavə artıq istifadədə olan baza stansiyalarını Nokia Siemens Networks-dan aldığımız tam yeni stansiyalarla əvəz edirik. Artıq bir neçə yüz baza stansiyası yeni nəsil stansiyalarla əvəz olunub.

- Ölkədə daha populyar mobil rabitə operatoru olmaq üçün hansı tədbirlər görürsünüz?

- Bakcell şirkətinin, onun brendinin öz dəyərləri var ki, biz bu dəyərlərə səmimi inanırıq. Birincisi biz Azərbaycan şirkətiyik və bununla fəxr edirik. İkincisi, abunəçilərə müvafiq bazarda daha sərfəli qiymətlər təqdim etməyə çalışırıq. Biz həmçinin, öz məhsul və xidmətlərimizin əlçatan və başa düşülən və nəticədə abunəçilər üçün cəlbedici olması üçün çalışırıq. Son texnologiya və innovasiyaların tətbiqi yolu ilə şirkətimiz hər zaman öz müştərilərinə yeni və orijinal xidmətlərin göstərilməsi istiqamətində işlər görür. Bizim fəlsəfəmiz abunəçilərə daha yaxın olmaqdan ibarətdir. Və doğrudan da insanlara daha yaxın olmaq üçün, Bakcell daim müştərilərin xidmət sisteminin təkmilləşdirilməsi üzərində işləyir. Bundan əlavə, hazırda Call-mərkəzlərin daha effektiv işləmələri üçün yeni üsullar hazırlanır ki, insanları maraqlandıran suallar daha sürətlə və ətraflı cavablandırılsın. Mən həmçinin əminəm ki, bizim sosial məsuliyyətimiz və cəmiyyətə verdiyimiz töhfələr Bakcell-i digər şirkətlərlə müqayisədə fərqləndirir.

- Yeri gəlmişkən, Bakcell üçün korporativ sosial məsuliyyət nə dərəcədə vacibdir?

- Mən fikir vermişəm ki, nəinki Azərbaycanda, bir çox şirkətlər Korporativ Sosial Məsuliyyəti (KSM) sadəcə olaraq bu və ya digər layihələrin sponsorluğunda görürlər. Biz, Bakcell-də bu cür yanaşma ilə razı deyilik. Bizim bu baxımdan özümüzün fəlsəfəmiz və dəqiq fikirləşmiş KSM-proqramımız var. Biz səmimi olaraq inanırıq ki, bu gün ki uşaq və yeniyetmələr bu ölkənin gələcəyidir və məhz onlar ölkəni irəliyə doğru aparacaqlar. Belə ki, biz uşaqlara kömək etmək istəyirik və məhz əlavə qayğıda ehtiyacı olan uşaqlara. Şirkət əlavə qayğıda ehtiyacı olan uşaqlar üçün kömək etmək məqsədini daşıyan xüsusi proqram hazırlayıb ki həmin uşaqlar öz istedad və potensiallarını reallaşdıra bilsinlər. Bir qədər əvvəl biz “Bakcell Stars” adlı KSM-proqramına start vermişik. Şirkət nəinki adi sponsorluqla məşğul olacaq, həmçinin uşaqlar üçün tədris proqramları təşkil edəcək: bu musiqi, rəsmxət, teatr tamaşası və digər dərslər olacaq. Biz tanınmış və nüfuzlu xeyriyyə cəmiyyətləri ilə işləyirik. Misal üçün rəhbərlik etdiyim şirkət Children's Villages Azerbaijan (SOS Uşaq kəndləri, Azərbaycan) təşkilatı ilə müqavilə imzalayıb. Həmin müqavilə çərçivəsində biz bu kənddə yaşayan uşaqlar üçün tədris proqramları təşkil edirik. Şirkətimiz həmçinin digər xeyriyyə təşkilatları ilə də işləmək niyyətindədir.

- Ümumiyyətlə, KSM müasir biznesdə nə dərəcədə əhəmiyyətlidir?

- Mən hesab edirəm ki, böyük şirkətlər və korporasiyalar – bunlar artıq cəmiyyətin vətəndaşlarıdır. Onlar bu cəmiyyətdədirlər və burada fəaliyyət göstərirlər. Belə ki, bu şirkətlər də fəaliyyət göstərdikləri cəmiyyət və ya ölkə qarşısında eyni məsuliyyət daşıyırlar. Korporativ sosial məsuliyyət dünya üzrə daha çox əhəmiyyət daşımaqdadır. Dünyanın bir çox aparıcı şirkətləri müxtəlif KSM-proqramlara milyonlarla vəsait ayırırlar. İnkişaf edən dünyanın bəzi ölkələrində, misal üçün Cənub-Şərq Asiyada böyük şirkətlər demək olar ki artıq reklama pul xərcləmirlər. Bunun əvəzinə onlar KSM-layihələrə böyük məbləğlər ayırırlar. Mənə elə gəlir ki, bu, məsuliyyətli vətəndaş olduğunu, fəaliyyət göstərdiyin ölkəyə və burada yaşayan insanlara qarşı doğrudan da məsuliyyətli yanaşdığını göstərmək üçün ən yaxşı və əyani üsuldur.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

“Bakcell” şirkəti yeni ildən MMS xidmətini istifadəyə verəcək

01-12-2009

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

13-08-2015

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

“BAKCELL” əhatə dairəsini genişləndirir

16-04-2009

Bakcell Qəbələdə daha bir mərkəz açdı

28-09-2018

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009

Göyçayda Bakcell-in yeni rəsmi diler mağazası açıldı

01-10-2018

Bakcell-in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə

02-10-2018

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

“Bakcell” şirkəti: “Azərbaycanın mobil internet bazarında yeni “4G” xidmətlərinə tələbat var”

30-09-2013

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

19-12-2018

Abunəçilər Bakcell şirkətini seçir

12-01-2015

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Bakcell-in yeni Satış və Xidmət Mərkəzi açılıb- Foto

27-07-2016

Cəlilabadda Bakcell-in yeni mərkəzi təqdim edilib-Foto

18-04-2018

Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi

01-02-2021

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

WhatsApp Bakcell abunəçiləri üçün pulsuz oldu-Fotolar

07-03-2016

BƏƏ-də olan Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyəcək

10-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə