Previous Next
Bağla

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019 09:34
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Bakcell növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

Xeberler.az bildirir ki, şirkət 2019-cu ilin I və II rübü üzrə “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafatı qazanmaq üçün Bakcell ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək “Speed Score” (sürət balları) nəticəsini nümayiş etdirib.

“Ookla”nın Speedtest platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, Bakcell şəbəkəsində orta yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə 16.79 meqabitə bərabərdir.

“Bakcell öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən yüksək qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”, deyə Bakcell şirkətinin Baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Bakcell artıq üçündü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.

“Hər gün Speedtest üzərindən aparılan milyonlarla sınaq sayəsində Ookla bütün dünya üzrə internet nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat Bakcell abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir” deyə, “Ookla”nın icraçı vitse prezidenti Jamie Steven bildirib.

Bakcell öz şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

09-09-2021

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!

11-02-2021

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021

5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

01-02-2023

"Bakcell"dən nəqliyyat üçün ağıllı həllər - FOTO

23-12-2022

Bakcell yeni innovativ xidmətlər təqdim edib-Foto

09-06-2017

"Bakcell"dən iPhone istifadəçilərinə xəbər

28-03-2023

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell “F1 Star” Azərbaycanda ən sürətli fiber internetini təqdim edir

15-05-2024

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018

“Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

25-04-2023

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə