Previous Next
Bağla

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015 13:28
Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

Bakcell şirkəti daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik ən etibarlı şəbəkə qurmaq  üçün şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işlərin başa çatdırıldığını elan edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu layihə Azərbaycanda və ümumiyyətlə, dünya üzrə simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən biri hesab edilir. Layihənin həyata keçirilməsində Bakcell şirkətinin əsas məqsədi abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. Bakcell şirkətinin şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi abunəçilərə daha yüksək sürətli (Azərbaycanda mövcud olan mobil şəbəkələr arasında ən yüksək) internet xidməti  vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim edəcək.

Son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100 faiz artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72 faiz gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14 faiz, ərazi  üzrə isə 27 faiz genişləndirilib.

- Bu gün Azərbaycanda ən iri şəbəkəyə malik olan Bakcell şirkəti 5300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə Bakcell abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.

- Bakcell şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir, buna görə də şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş 275 3G baza stansiyası quraşdırılıb.

- Müasirləşdirmə layihəsi çərçivəsində Bakcell şirkəti 697 2G  və 123 3G baza stansiyasının avadanlığını son texnologiyaları dəstəkləyən ən müasir avadanlıqla əvəz edib.

- Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini  dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib.

“Heç bir  şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+ üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin əlçatan olması üçün şəbəkəmizi yenilədik. Bakcell yüksək sürətli internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək, bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır”,- deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

“Layihə telekommunikasiya sahəsində aparıcı xidmət təchizatçıları olan Nokia Solutions and Networks və Huawei Technologies şirkətlərinin texnologiya və qlobal təcrübəsindən istifadə etməklə həyata keçirilib. Biz inanırıq ki, şəbəkə resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və texnologiyalar Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də Bakcell mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza yaradacaq”,-deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yiğit Berktaş bildirib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell-ə şəbəkə ilə bağlı müraciətlərin sayı azalıb

Bakcell-ə şəbəkə ilə bağlı müraciətlərin sayı azalıb

10-12-2015
“Sərfəli qiymətlərlə  ən üstün mobil rabitə xidməti təqdim edirik”

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015
“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

13-08-2015
Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019
Bütün Abşeron 4G-dən istifadə edə biləcək

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015
Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018
Bakcell  ilin ən yaxşı mobil şəbəkəsi  seçildi

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016
Bakcell metro istifadəçilərini sürətli internet ilə təmin edir

Bakcell metro istifadəçilərini sürətli internet ilə təmin edir

23-12-2015
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018
Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

10-06-2021
Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018
Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019
Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020
Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015
“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021
Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018
“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

05-05-2017
Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017
Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018
Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

09-09-2021
Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018
"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə