Previous Next
Bağla

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015 16:43
Bütün Abşeron 4G-dən istifadə edə biləcək

Bakcell 2016-cı ilin 1-ci rübündə Abşeron yarımadasının bütün ərazisini super yüksək sürətli LTE şəbəkəsi ilə əhatə edəcək

Bakcell şirkəti böyük məmnuniyyətlə özünün 4G şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi planlarını elan edir. 

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell-in İdarə Heyətinin 30 sentyabr 2015-ci il tarixli qərarına əsasən, 2016-cı ilin 1-ci rübündə Bakcell şirkətinin super yüksək sürətli LTE xidməti Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək.

4G şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin 1-ci rübünə 2.5 dəfə artaraq, Abşeron yarımadasının coğrafi ərazisinin 98.75%-də mövcud olacaq.

Rəqəmlərlə ifadə etdikdə bu o deməkdir ki, Bakcell şirkəti növbəti 6 ay ərzində əlavə olaraq daha 600 4G baza stansiyası quraşdırmaqla Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının ümumi sayını 1000-ə çatdıracaq və öz rəqiblərini bu göstərici üzrə əhəmiyyətli dərəcədə üstələyəcək. Bu istiqamətdə artıq başlanılmış hazırlıq və quraşdırma işləri 2016-cı ilin 1-ci rübünün sonunadək yekunlaşdırılacaq. Bakcell şirkəti smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş LTE şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Özünün 400 baza stansiyası ilə Bakcell şirkəti hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G operatorudur. Bakcell şirkətinin 4G şəbəkəsi Bakı əhalisinin 90 faizini əhatə edir və bu genişləndirmə ilə onun əhatə dairəsi bütün Abşeron yarımadasının 98,75 faizini əhatə edəcək.

“Bakcell öz şəbəkəsini digər operatorlardan daha tez genişləndirmək imkanına malikdir, çünki indi biz abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün ölkədə ən iri mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikik. 4G xidmətinin abunəçiləri də daxil olmaqla, mobil data istifadəçilərimizin sayı sürətlə artmaqdadır. 4G abunəçilərimizin sayı rüb ərzində ikiqat artıb. Biz LTE şəbəkəsinin inkişafına daim sərmayə qoymaqla Azərbaycanda ən böyük 4G operatoru adına layiq olmaq və ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdırmaq üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik. Əhatə dairəsinin daha geniş olmasını, habelə 4G şəbəkəsinin imkan verdiyi internetə yüksək sürətli çıxışı tələb edən smartfon istifadəçilərinin spesifik tələbatlarını təmin etmək üçün Bakcell şirkəti özünün 4G LTE şəbəkəsinin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

2015-ci ildə Azərbaycan Respublikası ərazisində keçirilmiş şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin (bençmarkinq) nəticələrinə görə, Bakcell şirkəti özünün 5300-dən artıq baza stansiyası ilə şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi baxımından bazarda üstünlüyünü qoruyub saxlayır.

“İnanırıq ki, 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığımız işlər 3G şəbəkəsinin inkişaf etdirilməsi üzrə apardığımız və şirkətimizin simsiz data xidmətləri sahəsində aparıcı mövqeyə sahib olması ilə nəticələnmiş işlər kimi uğurlu olacaq. Bakcell şirkəti qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində 3G xidmətini təmin etməyə müvəffəq olub. Bu gün biz 4G şəbəkəsini genişləndirməklə yanaşı, bütün ölkə ərazisində əlavə 3G stansiyalarının quraşdırılması üzrə işləri davam etdiririk. Bizim 3G şəbəkəmizin əhatə dairəsi son iki ildə 50% genişlənərək ölkə əhalisinin 93%-ni əhatə edir. Bakcell şirkətinin 4G LTE xidmətinin istifadəyə verildiyi vaxtdan biz istifadəçi davranışında iki əsas istiqaməti müşahidə etmişik. Bakcell şirkətinin 4G abunəçiləri 10 dəfə daha yüksək sürətli mobil data xidmətlərindən orta hesabla iki dəfə çox istifadə edirlər və 4G xidmətindən istifadə etməyə yeni başlayan müştərilər arasında müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb”,- deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.

Bakcell şirkəti 4G LTE xidmətlərini Abşeron yarımadasının bütün ərazisi üzrə genişləndirdikdən sonra 4G şəbəkəsinin Azərbaycanın digər bölgələrində də quraşdırılması imkanlarını nəzərdən keçirməyi planlaşdırır.  

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

13-08-2015

Bakcell metro istifadəçilərini sürətli internet ilə təmin edir

23-12-2015

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

26-11-2015

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

10-06-2021

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021

Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə