Previous Next
Bağla

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017 10:56
Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

Bakcell şirkəti 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edilib ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

“Biz Gəncə şəhərində yaşayan Bakcell abunəçilərinə yüksək keyfiyyətli 4G LTE xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də Bakcell şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır” deyə, Bakcell şirkətinin baş icraçi direktoru Nikolai Beckers bildirib.

Bakcell şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.

Hazırda Bakcell həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. “Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 AZN-ə təklif olunan 5 GB-lıq 4G internet paketidir.

Bakcell-in 4G kommersiya təklifləri barədə daha ətraflı məlumatı https://suret.bakcell.com/en/offers/3g/smartfonlar_ucun  səhifəsindən əldə etmək olar.

Bu gündən etibarən Gəncə şəhərində yaşayan Bakcell abunəçiləri şirkətin Müştəri Xidməti Mərkəzində 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə bilərlər.

Bir müddət əvvəl Bakcell mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan P3 Communications şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017

4G istifadəyə verildikdən sonra Bakcell-in trafiki xeyli artıb

20-08-2015

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

13-08-2015

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell-in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə

02-10-2018

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

19-12-2018

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə