Previous Next
Bağla

Tarif Şurası RİTN-in təkliflərini müzakirə edib

05-01-2009 15:27
Tarif Şurası RİTN-in təkliflərini müzakirə edib

30 dekabr 2008-ci il tarixində keçirilən Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclasında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifləri əsasında iki məsələyə baxılıb.
 
Şuranın qərarı ilə fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə yerləşən təhsil müəssisələri üçün “Teleradio” İstehsalat Birliyinə məxsus bina, sahə və qüllələrdə kənar təşkilatların avadanlıqlarının yerləşdirilməsi və xidmət göstərilməsinə görə aylıq tariflərə 80% güzəşt tətbiq olunacaq.
 
Qərara əsasən, avadanlıqlara görə tətbiq olunan tariflər 0,54 manatdan 53,6 manatadək (ƏDV-siz), anten sistemlərinə görə tətbiq edilən tariflər isə 2 manatdan 105 manatadək (ƏDV-siz) səviyyəsində təsdiq olunub. Bu tariflər uyğun olaraq, əvvəllər 2,68 manatdan 268 manatadək (ƏDV-siz) və 10 manatdan 525 manatadək (ƏDV-siz) təşkil edirdi. Yeni tariflərin qəbul edilməsi fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə yerləşən məktəblərin internetə qoşulmasını təmin edəcək, təhsil sektorunda uyğun xərclərə qənaət olunmasına imkan yaradacaq.

Şuranın iclasında müzakirə olunan ikinci məsələ internet xidmətinin göstərilməsi üçün tələb olunan rəqəmsal kanalların tarifləri ilə bağlı idi. Qəbul olunmuş qərara əsasən, 2 Mbit/san şəhərdaxili rəqəmsal kanalların (portların) istifadəyə verilməsi tarifləri digər abonentlər (büdcə təşkilatları istisna olmaqla) üçün 1200 manatdan 600 manata (50%), onlardan aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata (6,3%), rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə (Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan 200 manata, hər tam və natamam 50 km məsafəyə görə 2 Mbit/san tutumundan istifadə tarifləri isə 180 manatdan 150 manata (16,7%) endirilib.

Bu qərar internet provayderləri xidmətlərinin maya dəyərinin azalmasına, nəticə etibarilə son istifadəçilər üçün internet xidməti tariflərinin ən azı 15-20% aşağı salınmasına imkan yaradacaq.
Yeni tariflər 2009-cu ilin 15 yanvar tarixindən qüvvəyə minəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycanda internet qiymətlərinin yenidən endirilməsi məsələsinə baxıla bilər”

14-01-2009

Azərbaycanda internet xidmətlərinə dair tariflərin endirilməsi davam edir

05-03-2009

Yeni ildə Rabitə tarifləri dəyişdirilməyəcək

15-12-2008

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010

Aztelekomun təqdim etdiyi limitsiz ADSL xidmətlərinin tarifləri aşağı salınıb

01-11-2008

“AzStateNet” optik şəbəkəsinə qoşulmanın yeni tarifləri təsdiq edilib

05-01-2010

Ev (stasionar) telefonların aylıq abunə haqqı 25% qaldırılıb

09-01-2014

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023

Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib

29-12-2008

Ölkəmizdə sabit şəbəkə telefonlarından istifadə tarifləri dəyişdi

01-11-2022

Sabit şəbəkə telefonlarından istifadəyə görə tariflər yenilənib

26-10-2022

Mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları azaldılıb

14-11-2023

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022

Aztelekom internet qiymətlərini endirdi!!!

27-12-2008

Azərbaycanda İnternet qiymətləri 44-60% endirildi!

01-07-2009

Telefonla danışıq tarifləri ucuzlaşacaq

19-01-2015

“Aztelekom” ADSL tariflərinin endirimini planlaşdırır

25-05-2010

Yaxın günlərdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ilk müsabiqəsi elan olunacaq

19-02-2014

Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

01-10-2010

Azərbaycanda telefon danışıqları tarifləri aşağı sanıla bilər

08-12-2010

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Azərbaycanın dövlət internet-provayderləri internet qiymətlərini endiriblər

02-10-2009

Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

30-05-2025

Avropa İttifaqı ölkələri rouminqdə SMS və zənglərin tariflərini azaldıb

01-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə