Previous Next
Bağla

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

15-12-2025 12:09
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib.

Xeberler.az məlumat verir ki, proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiq rəy və təklifi nəzərə alınmaqla “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən formalaşdırılıb.

Proqram tərtib olunarkən texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinad standartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrə texniki komitələrin iş planları, habelə beynəlxalq və regional standartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlət standartlarının hazırlanması, müasir elmi-texniki araşdırmaların nəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası nəzərə alınıb.

Sənəddə iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə də təhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması yer alıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqram çərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.

Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyat infrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələri əhatə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il 122 yeni dövlət standartı qəbul edilib

08-10-2025

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023

Azərbaycanda süni intellektlə bağlı dövlət standartı qəbul edilib

28-07-2025

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

29-12-2008

İKT sahəsi üzrə 10 yeni milli standart təsdiqlənəcək

17-10-2025

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009

Süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

05-06-2025

Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

19-05-2021

Azərbaycanda sahibkarlıqla bağlı yeni dövlət standartı qəbul edilib

25-05-2023

İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

15-04-2009

AZSTAND yeni Texniki Komitə yaradıb

30-06-2025

Milli məkan standartları qəbul edilib

20-08-2025

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRKİBİNDƏ MƏLUMAT MƏRKƏZİ YARADILIR

10-02-2009

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartları təsdiq olunub

19-05-2009

Süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

28-12-2024

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb

04-08-2008

Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edildi

06-08-2024

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025

İKT sahəsi üzrə dövlət standartları təsdiq edilib

09-12-2025

Distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30-04-2025

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023

Müştəri məmnuniyyətinin idarəedilməsi üzrə yeni dövlət standartı qəbul edilib

06-07-2022

Telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

28-08-2025

Azərbaycanın Rabitə Nazirliyi informasiya təhlükəsizliyi standartlarını qəbul edib

26-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə