Previous Next
Bağla

Azercell-dən abunəçilərinə xəbərdarlıq

17-08-2022 18:08
 Azercell-dən abunəçilərinə xəbərdarlıq

Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilərimiz son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkətimiz adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir.

Xeberler.az bildirir ki, müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər-hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Həmçinin, abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də, Azercell-in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.


Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:

-       Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

-       Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;

-       Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

-       Eləcə də, şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və sairlərdən yararlanmayın;

-       gələn sms, whats app mesajlarındakı şübhəli linklərə keçid etməyin;

-       Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:

 

Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.

 

- Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrindən birinə müraciət edin:

  • Online Müştəri Xidmətləri https://www.azercell.com/az/
  • Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
  • Azercell Telefon Mərkəzi:
    - Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə
    - Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa   nömrəsinə.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

04-02-2026

“Azercell” abunəçilərinə xəbərdarlıq edib

24-01-2025

"Azercell" açıqlama yayıb

13-03-2022

"Azercell" abunəçilərinə xəbərdarlıq edib

22-07-2021

Azercell abunəçilərinin nəzərinə

11-12-2021

Azercell-dən açıqlama  

14-07-2022

Bu zəng və mesajları açmayın-Azercell-dən açıqlama

03-05-2023

Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

16-03-2020

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell “Nömrə sifarişi” xidmətini təqdim edir

31-07-2024

Azercell yeni Smartfon kampaniyasını təqdim edir!

02-07-2024

Azercell-dən Milyon, milyon nömrələr kampaniyası

03-01-2019

Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya

25-05-2026

Azercell-dən Black Friday günündə möhtəşəm endirimlər

22-11-2018

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

17-09-2024

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

Avropa Oyunları keçirilən ərazilərdə Azercell-in 4G şəbəkəsindən effektiv istifadə edilib 

13-07-2015

Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

09-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə