Previous Next
Bağla

“Bridge 2025”: rəqəmsal reklamların həcmi 700 milyard dollara çatıb

09-12-2025 09:16
“Bridge 2025”: rəqəmsal reklamların həcmi 700 milyard dollara çatıb

Qlobal media müasir tarixində ən böyük dönüş nöqtəsini yaşayır. Bu dəyişimin əsas səbəbləri nəhəng rəqəmsal platformaların yüksəlişi, ənənəvi gəlir modellərinin geriləməsi və süni intellektin sürətlə tətbiqidir. Bütün bunlar media qurumlarını izləyiciləri ilə münasibətlərini və rəqəmsal iqtisadiyyatda rollarını yenidən müəyyənləşdirməyə vadar edir.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, bu, Əbu-Dabidə dünyanın aparıcı media qurumlarının rəhbərləri və mütəxəssislərinin iştirak etdiyi “Bridge 2025” Sammiti çərçivəsində “Aparıcı media brendlərinin yaradılması üçün bələdçi” adlı sessiyada səsləndirilib.

Sessiyada “S4 Capital” şirkətinin qurucusu və Baş direktoru Martin Sorrell, “Vox Media”nın həmtəsisçisi və Baş direktoru Cim Bankoff, “Bloomberg Media”nın kommersiya direktoru Kristin Kuk qlobal medianın buğunu və gələcəyi barədə maraqlı müzakirələr aparıblar.

Martin Sorrel bildirib ki, qlobal reklam bazarında misilsiz struktur dəyişikliyi baş verir. Belə ki, rəqəmsal reklamların həcmi təxminən 700 milyard dollara çatdığı halda, ənənəvi medianın burada payı cəmi 300 milyard dollar təşkil edib. Gəlirin böyük hissəsi “Google”, “Meta”, “Amazon” və “TikTok” kimi nəhənglərin payına düşür. Bu, köhnə modellərə əsaslanan ənənəvi media qurumlarının rəqabətə davamlılığını zəiflədir.

Sorrel əlavə edib ki, texnologiya şirkətləri artıq “dövlət həcmində qurumlara” çevrilib. Bəzi şirkətlərin bazar dəyəri 4 trilyon dolları keçib, NVIDIA-nın dəyəri isə 5 trilyon dollara yaxınlaşır. O, süni intellektin bu platformaların gücünü daha da artıracağını vurğulayıb və dünyanın sərt tənzimləmə əvəzinə, “dövlət–özəl tərəfdaşlığı” modelinə doğru irəlilədiyini qeyd edib.

“Vox Media”nın həmtəsisçisi və Baş direktoru Cim Bankoff bildirib ki, media qurumlarının əsas rəqibi artıq başqa media deyil, “kontent sənayesi iqtisadiyyatıdır”. Bu yeni iqtisadiyyat auditoriyanı birbaşa şəxsi əlaqə ilə cəlb edir. “Uğurun meyarı indi əvvəlkindən qat-qat yüksəkdir. Media qurumları hər gün auditoriya üçün lazımlı olduqlarını sübut etməlidir. Onlar sadəcə xəbər yayımında sürətə əsalanmalı deyil, davamlı təcrübə yaratmaq yolu ilə əsl dəyər yaratmalıdırlar”, - deyə o, əlavə edib.

Daha sonra çıxış edən “Bloomberg Media”nın kommersiya direktoru Kristin Kuk qeyd edib ki, güclü media brendləri zamanla yox olmur, əksinə, yeni formaya keçərək mövcudluğunu qoruyur. O, HBO brendinin mülkiyyət dəyişikliklərinə baxmayaraq, redaksiya dəyərini saxladığını misal gətirib. “Bloomberg” modelinin isə xüsusi məlumat bazaları, hadisə yerlərindən yayım imkanları və fasiləsiz informasiya axını üzərində qurulduğunu deyib. Bu amillər, həmçinin izləyicilərinin güclü etibarını qazandırır.

Kuk əlavə edib ki, media qurumları daha kiçik və yaxın təcrübələrə üstünlük verməyə başlayıb, çünki bu, daha dərindən və daha davamlı təsir yaradır. Medianın işinin dəyəri ən böyük olan deyil, ən yaxın olandır.

Mütəxəssislər yekdilliklə vurğulayıblar ki, media sektoru eyni anda texnoloji, iqtisadi, siyasi və sosial dəyişikliklərlə üz-üzədir. Süni intellektdən və rəqəmsal valyutalardan tutmuş auditoriya davranışının dəyişməsinə və ənənəvi modellərin dağılmasına qədər uzanan bu proseslər media qurumlarını belə bir dilemma qarşısında qoyub: gündəlik adaptasiya onlar üçün təkcə strateji seçim deyil, həm də mövcudluqlarını qorumaq üçün əsas şərtə çevrilib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025

Yeni media anlayışı. Yeni media və multimedia

00-00-0000

Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

17-12-2024

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

Media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır

12-01-2023

Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçiriləcək

02-07-2011

Medianın özünütənzimlənməsi-nə aid kitabın təqdimatı olub

10-09-2009

MEDİA hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış edib

01-03-2026

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

"Media savadlılığı" rəqəmsal platforması təqdim edilib

20-12-2023

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025

3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19-07-2025

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

"Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir"

21-07-2023

Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilir

14-05-2025

MEDİA tərəfindən onlayn kurs istifadəyə verilib

21-12-2024

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025

Elm və Təhsil Nazirliyində iki sektor yaradılıb

02-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə