Previous Next
Bağla

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022 12:01
 Azərbaycanda Vençur Kapital Fondu yaradılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ arasında dəyirmi masa keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan innovasiya ekosisteminin inkişafı istiqamətində dövlət-özəl tərəfdaşlığına dair birgə fəaliyyət planı geniş çevrədə müzakirə olunub. 

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘‘Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ arasında görüş təşkil olunub.

Tədbirdə yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, ‘’Technovate-Sabah Mələk investorlar klubu’’nun təsisçiləri və investorlarları və media nümayəndələri iştirak ediblər.

Görüşdə innovasiya və startap ekosisteminin cari durumu, müasir çağırışlar, problemlər və yeni imkanlar istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə tərəfdaşlığı çərçivəsində investorlar üçün təlim proqramlarının, beynəlxalq mübadilə görüşlərinin maliyyələşdirilməsi, müştərək investisiya imkanlarının dəstəklənməsi və sözügedən klubun fəaliyyətinin təşviq olunması istiqamətləri müzakirə olunub.

Görüşdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun yaradılması təşəbbüsünü alqışlayaraq klubun fəaliyyətinin respublikanın innovasiya ekosistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

‘’Səsləndirilən istiqamətlər üzrə ‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə birgə layihələrin həyata keçirilməsini labüd sayıram. Məqsədimiz ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan vermək, biznes mühitinin optimallaşdırılmasına, yerli layihələrin xarici bazarlara çıxarılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə nail olmaqdır. Bu istiqamətdə potensial tərəfdaşlarla daha da yaxından əməkdaşlıq etmək niyyətindəyik’’, - deyə Rəşad Nəbiyev qeyd edib.

‘’Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun təsisçisi Fərid İsmayılzadə geniş təqdimatla çıxış edərək vençur studio və klubların yaradılması və dəstəklənməsinin əhəmiyyətini önə çəkib. Klubun fəaliyyətindən danışan Fərid İsmayılzadə Azərbaycan, Gürcüstan və Orta Asiyada həyata keçirilən layihələrdən, ilkin inkişaf fazasında olan startaplara göstərilən toxum maliyyəşməsindən və beynəlxalq əməkdaşlıqdan danışıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
‘’Barama İnkubasiya Proqramı 2021’’ başa çatıb

‘’Barama İnkubasiya Proqramı 2021’’ başa çatıb

02-06-2021
‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

25-07-2022
İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021
Azərbaycan startapları xarici investorlara təqdim edilib

Azərbaycan startapları xarici investorlara təqdim edilib

30-10-2022
Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022
Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

Azərbaycanlı mələk investorlar qlobal startaplara yatırımlar edəcəklər

25-01-2024
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

19-06-2026
Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

09-10-2023
Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

19-09-2024
"Yaşıl texnologiyalar"ın gəlir gətirmək yolları müzakirə olunur

"Yaşıl texnologiyalar"ın gəlir gətirmək yolları müzakirə olunur

19-09-2024
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023
Battlefield Hardline-nın betasına qatılanların sayı açıqlandı

Battlefield Hardline-nın betasına qatılanların sayı açıqlandı

09-02-2015
Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıldı

Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıldı

05-10-2023
BANM kibertəhlükəsizlik yarışında qalib oldu

BANM kibertəhlükəsizlik yarışında qalib oldu

02-10-2024
Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023
ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

19-09-2024
Gələn il telefon pulu artırılmayacaq

Gələn il telefon pulu artırılmayacaq

22-09-2008
Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azercell və “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

01-11-2025
Türkiyə texnologiya sahəsində beynəlxalq konfransa hazırlaşır

Türkiyə texnologiya sahəsində beynəlxalq konfransa hazırlaşır

06-06-2015
“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022
Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022
“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə