Previous Next
Bağla

“Nar” illik göstəricilərini açıqladı

30-03-2022 11:21
“Nar” illik göstəricilərini açıqladı

Fəaliyyətə başlamasının 15-ci ilini qeyd edən “Nar” 2021-ci il ərzində rabitə bazarında əldə etdiyi göstəriciləri açıqladı. Abunəçilərinə xərc qarşılığında dəyər təqdim edən mobil operator 2021-ci ilin nəticələrinə əsasən 2,2 milyon aktiv abunəçi bazası ilə yerli rabitə bazarında 23%-lik pay sahibidir.

Müştəri məmnuniyyətinin öyrənilməsi məqsədi ilə keçirilən müstəqil sorğunun nəticəsinə görə, “Nar” 3 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. 2021-ci ildə “Nar” xidmət mərkəzlərini ziyarət edənlərin 93%-i göstərilən xidmətdən razı qalıb. Çağrı mərkəzi və rəqəmsal kanallar isə çətinlikləri saniyələr ərzində həll etməsi ilə fərqlənib. Bundan başqa, abunəçinin xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran “Nar+” tətbiqinin istifadəçiləri 2021-ci ildə 80% artıb.

Müştərilərinin tələblərini və rəyləri əsasında bazara təqdim edilən “Full” və “Cavannar” tarifləri “Nar”ın ən çox istifadə edilən məhsulları sırasındadır. 2021-ci ildə “Full” abunəçilərinin sayı 20%, “Cavannar” abunəçilərinin sayı isə 50% artıb.

Müştərilərinin “Nar” mağazasında özlərini daha komfortlu hiss etmələri və göstərilən xidmət keyfiyyətini üstün saxlamaq məqsədilə “Nar” öz mağazalarını yeni konsepsiya ilə dizayn edir. Bu günədək 3 xidmət mərkəzi və 41 mağaza tam yenilənib və ziyarətçilərinə xidmət göstərir.

Ölkə əhalisinin 94%-ni əhatə edən “Nar” 4G şəbəkəsindən hazırda 1,4 milyon “Nar” abunəçisi istifadə edir və bu say ölkədə ən yüksək göstəricilərdən biridir. “Nar” işğaldan azad edilmiş ərazilərdə də sürətlə şəbəkə infrastrukturunu yaradılmasına davam edir. Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd (Hadrut), Şuşa, Tərtər, Zəngilan rayonlarında “Nar” xidmətlərindən istifadə etmək mümkündür. Hazırda Nar 8000-dən çox baza stansiyası ilə əhalinin 99%-nə yüksəkkeyfiyyətli xidmət göstərməkdədir.

“Nar” özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkənin mühüm sosial layihələrində aktiv iştirak etməyə davam etməkdədir. 2021-ci ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 24 layihə həyata keçirən mobil operator layihələrinin davamlı olmağı ilə seçilir. “Nar” son 5 ildə sosial layihələrə 4,3 milyon AZN sərf edib.

Mobil rabitə bazarındakı üstünlüyü saxlamaq üçün 2022-ci ildə “Nar” , müştəri yönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 27 mağazanı abunəçilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki şəbəkə infrastrukturunu daha da genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

10-03-2023

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

29-03-2023

“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir

15-12-2023

"Nar" Çağrı Mərkəzinə zəng edənlərin əksəriyyəti xidməi yüksək qiymətləndirib

23-02-2022

“Nar” şəbəkəsi Xankəndi şəhərində

01-10-2023

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

14-03-2024

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

19-05-2021

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

15-09-2023

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir

13-09-2023

“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir  

23-05-2022

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

Nar Cocuq Mərcanlıda şəbəkəsini gücləndirir

16-05-2017

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023

Nar 194 yeni 3G baza stansiyası quraşdırıb

25-08-2017

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!  

12-08-2022

Nar abunəçilərinə operativ və keyfiyyətli xidmət göstərir

24-09-2019

“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib 

15-09-2022

“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə

16-10-2023

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017

“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir

26-07-2023

Nar-dan qiyməti cəmi 4 manat olan yeni tarif

28-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə