Previous Next
Bağla

E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

24-01-2017 15:47
E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

Məlumat verdiyimiz kimi, Vergilər Məcəlləsinə edilən son dəyişikliklər içərisində elektron ticarətlə bağlı yeniliklər də var.

Bu yeniliyə görə,  Vergilər Nazirliyində hesab edirlər ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq və hər sifariş ediləcək malın dəyərinin 18%-i ƏDV kimi tutulacaq.

Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda otel  xidmətlərininvə  aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu  məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısını olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.

İşin və xidmətin alıcısı, lotereya, digər  yarış və müsabiqənin  iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət  etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına  büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.

Artıq yanvarın 1-dən qanun qüvvəyə minib.

Müşahidələrimiz göstərir ki,  yeni dəyişiklik  xarici mağzalardan alış-veriş edən istifadəçilər, İT sahəsində çalışan şəxslər tərəfindən ciddi narazılıqla qarşılanır.

Həmçinin, e-ticarətlə  bağlı yeni vergi siyasətində bəzi anlaşılmaz məqamlar var.

Vergilər Nazirliyi bu istiqamətdə Xeberler.az-ın suallarını cavablandırıb.

E-ticarətin vergiyə cəlb edilməsi bağlı maraqlı məqamları təqdim edirik:

stifadəçilər virtual məkanda həm xidmət, həm də məhsul alır. 18 faiz vergi konkert olaraq hansı növ məhsul və ya xidmətlərə şamil edilir?

-Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən elektron ticarət qaydasında qeyri-rezidentlərdən iş və xidmət alınarkən ƏDV-nin hesablanması ilə bağlı müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə onlara ödənilən məbləğdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və poçt rabitəsinin milli operatoru vergini hesablayaraq alıcının hesabından tutur və dövlət büdcəsinə ödəyir. Bu qayda elektron ticarət qaydasında qeyri-rezidentdən alınan mallara şamil edilmir.

-Xidmət və məhsul saytları necə müəyyən ediləcək? Məsələn, Google həm xidmət, həm də məhsul satır. Bu kimi məsələləri nazirlik necə müəyyən edəcək?

- Elektron ticarət qaydasında alınan iş (xidmət) və mallar banklar tərəfindən aparılan əməliyyatlar üzrə texniki məlumatlara əsasən müəyyənləşdiriləcək.

  -Amazon, e-Bay kimi platformalardan alınan məhsullardan, PayPal üzərindən həyata keçirilən xidmətlər üçün də 18 faiz ƏDV tutulacaqmı?

- Azərbaycan Respublikasının rezidentləri tərəfindən PayPal  və qeyri-rezidentlərə məxsus digər elektron pul kisələrində yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 10 faiz dərəcə ilə vergi hesablanır və alıcının hesabından tutumaqla dövlət büdcəsinə ödənilir. Vergi orqanlarında uçotda olmayan şəxsin qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılmış hesabı vasitəsilə digər şəxslərdən elektron ticarət qaydasında iş və xidmət alışı üzrə apardığı əməliyyatlardan 18 faiz dərəcə ilə vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

- Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin (məsələn, Uber) xidmətinə görə də 18 faiz vergi şamil ediləcək?

 - Uber taksi xidmətinin alıcıları və taksi xidmətini göstərən şəxslərin Azərbaycan Respublikasının ərazisində yerləşdiyi üçün həmin xidmətlərə görə qeyri-rezidentə köçürülən tam məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanmaqla alıcının hesabından tutulur və dövlət büdcəsinə ödənilir.

-10%-lik ƏDV xarici elektron pul kisələrinə ödəniş edərkən tətbiq olunacaqmı?

- Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrində yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ƏDV hesablanmadan yalnız 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi hesablanır və alıcının hesabından tutumaqla dövlət büdcəsinə ödənilir. Xarici banklara məxsus plastik kartlar vasitəsilə elektron ticarət qaydasında iş və xidmət alınan zaman aparılan ödənişlərdən verginin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmayıb. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xaricdən onlayn alınan hansı məhsullar vergiyə cəlb ediləcək?-Rəsmi

27-12-2016

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022

Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

28-09-2019

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018

Uber-in xidməti ƏDV-yə cəlb olunacaq?- Açıqlama

04-12-2017

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021

Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

07-02-2023

Türkiyədə zəlzələdən zərərçəkənlərə edilən elektron ödənişlərdən vergi tutulmur-RƏSMİ

08-02-2023

Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

01-03-2023

Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər

16-06-2017

“Apple”a ödəniş zamanı vətəndaşların vəsaitinə ƏDV hesablanmayacaq

18-11-2024

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

E-ticarət üzrə qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək

23-02-2026

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

İşğaldan azad edilmiş ərazilərdə ƏDV-nin geri qaytarılması necə tənzimlənir?

16-06-2023

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Ticarət festivallarında ƏDV hansı qaydada qaytarılacaq?-Müsahibə

29-03-2017

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin uçota alınması

02-07-2024

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi öhdəliyi nədir?

24-05-2023

Azərbaycanda bankların proqram təminatı yenilənir

12-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə