Previous Next
Bağla

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016 17:18
Elektron ticarət vergiyə cəlb edilir

Azərbaycanda rəqəmsal iqtisadiyyatın (elektron ticarət) vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Xeberler.az məlumat verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.

Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb: “Elektron ticarət haqqında” qanun layihəsi elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini, elektron ticarətin əsas iştirakçılarından olan kart təşkilatının, təcrübədə geniş tətbiq edilən pul kisəsinin anlayışını, habelə elektron ticarətin iştirakçısı olan satıcıya dair tələbləri müəyyən edən normaları özündə ehtiva edir”.

F. Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəaların əlavə edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, layihəyə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı müddəa da daxil edilib.

“Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir. Beləliklə qeyd edilən dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq”, - deyə nazir qeyd edib. (APA)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018

Elektron ticarətdən vergi tutulacaq

10-08-2016

E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

24-01-2017

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin uçota alınması

02-07-2024

Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

28-09-2019

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016

Uber-in xidməti ƏDV-yə cəlb olunacaq?- Açıqlama

04-12-2017

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026

Xaricdən onlayn alınan hansı məhsullar vergiyə cəlb ediləcək?-Rəsmi

27-12-2016

Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

14-12-2016

E-ticarət üzrə qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək

23-02-2026

Azərbaycanda e- ticarətlə məşğul olan 186 portal qeydə alınıb

05-10-2016

Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

13-02-2019

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025

Uber-in vergiyə cəlb edilməsinə dair iclas keçirilib

17-10-2017

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021

Vergilər Nazirliyi 59 növ elekton xidmət göstərir

09-02-2015

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə