Previous Next
Bağla

“Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi

31-01-2024 14:13
“Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə risk mütəxəssisləri üçün “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi. Tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq, təcrübə mübadiləsini həyata keçirmək və risk sahəsində beynəlxlaq təcrübə ilə tanış olmaq idi.

50-dən çox iştirakçının qoşulduğu seminarda beynəlxalq spiker qismində ING Bank Hollandiyanın Validasiya şöbəsinin rəhbəri Özgür Çetiner iştirak etdi. ABŞ, Almaniya, Türkiyə, Kanada kimi ölkələrdə risk modelləri ilə bağlı 20 ildən çox təcrübəyə sahib olan Özgür Çetiner “Maşın öyrənilməsi (“Machine learning”) modelərinin pərakəndə kreditləşmə üzrə tətbiqi”, eləcə də “Texnoloji yeniliklər və maşın öyrənilməsi modellərindən istifadə etməklə kreditlərin idarə edilməsi” mövzusunda təcrübələrini bölüşdü.

Seminarın digər eksperti isə Kapital Bank-ın Kredit Riskləri Ekspert Mərkəzinin lideri Nihad Hüseynzadə idi. Bank sekorunda 10 ilə yaxın təcrübəyə sahib olan Nihad Hüseynzadə iştirakçılarla “Yeni texnologiyalardan və kredit risk modellərindən istifadə edilməklə kredit risklərinin idarə edilməsi”, “Agile mühitdə kredit risklərinin idarə edilməsi” mövzusunda biliklərini bölüşdü.

Mütəmadi olaraq “Yeni texnologiyaların tətbiqi”, “Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi”, “Verilənlər bazasının idarə edilməsi”, “Yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi” kimi mövzularda seminar və tədbirlər həyata keçirən Kapital Bank-ın məqsədi bu kimi layihələrlə müasir texnologiyaların tətbiqi və rəqəmsal sahədə çalışan şəxsləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və şəbəkələşməni artırmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az

saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Texnologiya sahəsində aparıcı şəxslər Bakıda toplanacaq

02-12-2022

Bakıda İnnovasiya Sammiti keçiriləcək

11-11-2022

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib

16-11-2018

Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

16-06-2022

"Kapital Bank" "Birbank" brendinə transformasiya ediləcək

19-12-2024

Kapital Bank ötən il 7 mln. manatlıq fırıldaqçılığın qarşısını alıb

22-04-2026

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

24-06-2022

ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

09-07-2025

Bakıda “Agile Azerbaijan International Summit-2024” keçirilib

24-10-2024

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

10-02-2026

“Kapital Bank” “Birbank”ın təhlükəsizliyi ilə bağlı yeniliklər edəcək

19-12-2024

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025

RiskTech adlı Forum təşkil olunacaq

18-10-2019

Kapital Bankın yenilənmiş saytı NETTY mükafatına layiq görüldü

22-05-2015

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025

Yelo App ən rahat mobil tətbiq seçildi

18-10-2022

ABB “SIBOS-2024” beynəlxalq sərgi-konfransında təmsil olunur

21-10-2024

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024

«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009

ABB şahmat çempionatının qalibi oldu!

21-05-2026

“İlin bankı” ABB olub

04-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə