Previous Next
Bağla

RiskTech adlı Forum təşkil olunacaq

18-10-2019 12:19
RiskTech adlı Forum təşkil olunacaq

Xeberler.az bildirir ki, 30 oktyabr 2019-cu il tarixində Paşa Bank ASC-nin sponsorluğu və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən “RiskTech” Forumu keçiriləcəkdir. Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə olunması sahəsinə təsirlərinin müzakirə ediləcəyi Forumda risklərin idarə edilməsinin rəqəmsallaşması, süni zəka və blok zəncirinin risklərin idarə edilməsinə təsirləri, maliyyə xidmətlərinin rəqəmsal transformasiyası və Azərbaycanda rəqəmsal ekosistemin qurulması yolunda görülməli olan tədbirlərlə bağlı məruzələr və çıxışlar ediləcəkdir.

Qeyd etmək lazımdır ki, Forumda yerli peşəkar data və risk menecment mütəxəssisləri ilə yanaşı, nüfuzlu xarici informasiya texnologiyları şirkətləri və maliyyə qurumlarının nümayəndələri məruzəçi qismində çıxış edəcəkdir.

Tədbirdə “Süni intellektin banklarda tətbiqi sahələri”, “Avtomatlaşdırılmış risk menecmenti alətlərinin üstün cəhətləri”, “Risklərin idarə edilməsinin  rəqəmsallaşması”, “Texnoloji risklərin kollektiv şəkildə idarə edilməsi üçün klaster effektivliyi” və digər bənzər mövzularda müzakirələr aparılacaqdır.

Forumda iştirak ödənişlidir. İştirak haqqı 80 AZN təşkil edir.

Qeydiyyatdan keçmək üçün http://exam.arpa.org.az/payments/ linkindən istifadə edə bilərsiniz. Daha ətraflı məlumat üçün tədbir üzrə əlaqələndirici şəxs Gülnar Hüseynlə ([email protected], Tel: (+99412) 505 00 56; Mob: (+99455) 202 93 43) əlaqə saxlamağınız xahiş olunur.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda RiskTech forumu keçirilir

30-10-2019

ARPA rəsmi veb saytını yeni dizaynda təqdim edib

18-07-2022

Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq

19-05-2017

DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır

20-11-2024

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

"Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır"

14-06-2023

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018

“Yük və malların ölkəyə idxalı asanlaşacaq”

13-07-2016

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Proqram mühəndisliyində insan amili araşdırılır

23-04-2018

Kart bazarında fırıldaqçılıqla necə mübarizə aparmalı?

06-10-2010

Kiber-risklərin idarə olunması müzakirə ediləcək

24-04-2018

Vüsal Qasımlı: "Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizliyin kəsişdiyi dövrdən keçir"

19-11-2025

AMB bank informasiya sistemlərinin təhlükəsizlik qaydalarını təsdiq edib

07-01-2015

“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbiri keçirilib

27-02-2026

Maliyyə uçotunda İT-nin tətbiqi müzakirə olunacaq

07-04-2017

Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

11-06-2019

“Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi

31-01-2024

“Fintech Innovation Hub” Türkiyə və Azərbaycanın ekosistemlərini bir araya gətirəcək

21-08-2023

Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn tədris planına daxil edilib

05-10-2021

Azexport “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq konfrans keçirir

01-04-2021

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə