1 milyondan çox saxta WhatsApp tətbiqi yüklənib

06-11-2017 / 10:57

Bir milyondan çox Android istifadəçisi WhatsApp-ın  saxta versiyasını yükləyib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, WhatsApp loqosu formada olan “Update WhatsApp Messenger” tətbiqi insanları aldadıb.

Belə ki, əksər istifadəçilər tərtibatçı adının rəsmi adla eyni olmasına görə bunun servis yenilənməsi olmasını düşünüb.

Bunun üçün fırıldaqçılar “Unicode” standartında boşluqdan istifadə ediblər.

Daha sonra  Gooogle şirkəti məsələyə qarışıb və məlumatlardan sonra  Google Play-dən həmin proqram silinərək, tərtibatçı da bloklanıb.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.