WhatsApp Web iPhone smartfonunda istifadəyə verilir

20-08-2015 / 13:32

WhatsApp ilin əvvəlində Web versiyasını təqdim etməsinə baxmayaraq, iPhone smartfon istifadəçiləri bu xidmətdən istifadə edə bilmirdi. WhatsApp Web adlanan bu xidməti Android, Blackberry və Windows Phone platformalarında istifadə etmək mümkün idi.

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, WhatsApp rəsmi olaraq WhatsApp Web versiyasını iPhone smartfon istifadəçilərinə təqdim edib. iPhone smartfonu üçün WhatsApp Web regional olaraq paylandığı üçün Azərbaycanda aktiv olmaya bilər. Yaxın günlərdə bu funksiyanın ölkəmizdə də aktiv olacağı bildirilir.

WhatsApp Web-i istifadə etmək üçün WhatsApp proqramında tənzimləmələr bölməsinə daxil olmaq lazımdır. Bu əməliyyatı etdikdən sonra kompüterinizdə WhatsApp Web saytına daxil olmaq və tənzimləmələr bölməsində olan WhatsApp Web-i seçib kompüterinizdə olan QR kodu kameranın köməyi ilə oxutmaq lazımdır.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə