Bir telefonda iki Whatsapp-dan istifadə etmək mümkündür

08-06-2015 / 17:28

800 milyon istifadəçisi olan mesajlaşma proqramı olan Whatsapp son zamanların ən məşhur tətbiqidir.

Xeberler.az xarici mətbuata istinadən çoxlarının Whatsapp haqqında bilmədiyi 10 özəlliyi sizə təqdim edir.

İki Whatsapp istifadə edin

Əgər iki sim karta sahib telefon istifadə edirsinizsə, o zaman hər iki sim kartınıza Whatsapp Messenger-i yükləyə bilərsiniz. Bunun üçün Google Play-dən SwicthMe tətbiqini yükləməyiniz kifayətdir.

Whatsapp-ı pulsuz olaraq istifadə edin

Əgər Whatsapp-ı həmişə pulsuz istifadə etmək istəsəniz, o zaman telefon hesabınızı silib, yeni istifadəçi kimi Whatsapp-dan qeydiyyatdan keçirsiniz.

Silinən mesajları geri gətirin

Whatsapp-ı silib yenidən yüklədiyinizdə, proqram mesajları geri qaytarmaq istəyib istəmədiyinizi soruşur. Səhvən silinən Whatsapp mesajlarını geri qaytarmaq üçün bu yoldan istifadə edə bilərsiniz.

Whatsapp-ı kompüterdə istifadə edin

Whatsapp-ı kompüterinizə yükləmək üçün Whatsapp-ın rəsmi saytındakı QR kodunu ağıllı telefonunuza göstərməyiniz kifayətdir.

Avtomatik video və şəkil yükləməyi dayandırın

Video və şəkilləri avtomatik yükləmək istəmirsinizsə, tənzimləmələr bölməsində Söhbət tənzimləmələri menyusuna girib “Medianı avtomatik yüklə” bölməsində hamısını yox olaraq işərələyin.

“Son görülmə vaxtı”nı gizlətmək

“Son görünmə vaxtı”nı gizlətmək üçün Tənzimləmələr/Hesab/Gizlilik bu bölmələrə daxil olub son görülmə vaxtını bağlayın.

Nömrə dəyişmə

Tənzimləmələr/Hesab/Nömrəni dəyişdir bölmələrinə daxil olaraq Whatsapp nömrənizi dəyişə bilərsiniz.

Qrup mesajlarının səsini almaq

Qrup mesajlarının səsini almaq istəsəniz mesaj qutusunda olan qrup məlumatları bölməsində mesajları səssizə ala bilərsiniz.

Whatsapp qısa yolunu yaratmaq

Bir nəfəri daha çox istifadə olunanlara əlavə etmək üçün mesajın üstünə klikləyərək “söhbət qısa yolunu əlavə et” variantını seçirsiniz.

Saxta Whatsapp söhbətləri

Hələki Android əməliyyat sistemində olan telefonlarda istifadə olunan Whatsaid tətbiqindən istifadə edərək saxta söhbətlər yarada bilərsiniz.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə