200 min dollar ödəniş tələb edən virus aşkar edilib

11-01-2017 / 12:10

Eset antivirus şirkəti “KillDisk” zərərverici proqram təminatının yeni versiyasının aşkar edilməsi haqda məlumat verib.

Bu virus kompüteri yoluxdurduqdan sonra istifadəçidən kompüterə giriş üçün 200 min dollar məbləğində ödəniş tələb edir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat  verir ki, Eset şirkəti “KillDisk” virusunu dağıdıcı komponent adlandırıb.

Sözügedən virus 2015 və 2016-cı illərdə Ukraynanın enerji və maliyyə şirkətlərinə hücumlar zamanı istifadə olunub. İndi bu virus faylları şifrləmə funksiyasına malikdir. Virusun yaradıcıları yoluxmuş qurğuların blokdan çıxarılması üçün 222 bitkoin ( 200 mindən çox dollar) tələb edirlər.

“KillDisk” zərərverici proqram təminatının yeni versiyası həm Windows, həm də Linux əməliyyat sistemi ilə işləyən kompüterlərə hücum edir. Yalnız işçi stansiyalar deyil, həm də serverlər bu virusun qurbanı olurlar.

Bu halda proqram virusa yoluxmuş kompüterdə şifrləmə açarlarını saxlamır və onu məsafədən idarə olunan serverə göndərmir. Bu o deməkdir ki, hətta tələb olunan məbləğin ödənilməsi məlumatların bərpasına zəmanət vermir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.