50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018 / 17:03

Bakcell şirkəti növbəti Satış və Xidmət Mərkəzini Zaqatala şəhərindəki abunəçilərinin istifadəsinə verib. Beləliklə, Şirkət bir-birinin ardınca 3 gündə 3 yeni mərkəzin - Göyçayda diler mağazasının, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.

Bakcell həm özünün yüksək sürətli 4G şəbəkəsi ilə yanaşı satış və xidmət şəbəkəsini də Azərbaycanın regionlarına doğru genişləndirir. Bu fəaliyyət planı çərçivəsində Zaqatalada açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə tam çeşiddə müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda ən son model mobil cihazlar, mobil nömrə və aksessuarlar əldə etmək imkanı verir.

Xeberler.az  bildirir ki, Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bununla bağlı fikirlərini bölüşüb:

“Bakcell ölkənin ən innovativ məhsul və xidmətlərini və ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün böyük işlər görür. Bizim 4G xidmətimiz artıq Zaqatala da fəaliyyət göstərir və yerli əhali Bakcell şəbəkəsinin etibarlılığı və yüksək sürətindən tam şəkildə yararlanmaq imkanına malikdir. İnanıram ki, açdığımız yeni Satış və Xidmət Mərkəzi abunəçilərimizə əlavə rahatlıq və üstün müştəri təcrübəsi bəxş edəcək”

Yeni xidmət mərkəzinə baş çəkən ilk müştərilər maraqlı sürprizlə qarşılaşıblar. Belə ki, buradakı xidmətlərdən faydalanan ilk 50 abunəçi “Bakcell”dən pulsuz 4G data kartı və 1 ay pulsuz İnternet hədiyyə qazanıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.