Previous Next
Bağla

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018 16:59
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

Bakcell daha çox abunəçisinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən yararlana bilməsi üçün 4G LTE əhatə dairəsini genişləndirir.

Xeberler.az məlumat verir ki, Bakcell-in 4G xidməti artıq Bakı və Abşeron yarımadası, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir.

“Azərbaycan bazarında yüksək sürətli mobil internet xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və bunu nəzərə alaraq, şirkətimiz LTE xidmətlərinin əhatə dairəsinin ölkənin bölgələrində genişləndirilməsini də sürətlə həyata keçirməyə davam edir. Artıq Bakı, Abşeron və Gəncə sakinləri ilə yanaşı ölkənin 30-dan çox bölgəsində yaşayan müştərilərimiz Bakcell şirkətinin təqdim etdiyi ən yüksək keyfiyyətli və ultra-sürətli 4G internetindən yararlanmaq imkanına malikdirlər. Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşları sayəsində və dünya bazarında mövcud olan ən innovativ texnologiyaları tətbiq etməklə öz LTE şəbəkəsinin Azərbaycanın bölgələrində əhatəsini bundan sonra da genişləndirməyə davam edəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Qeyd edək ki, Bakcell Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider və etibarlı müstəqil təşkilat olan P3 Communications şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda Best in Test (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

Bildirək ki, 4G/LTE xidmətlərini daha çox abunəçi üçün əlçatan etmək məqsədilə Bakcell şirkəti 4G şəbəkənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Bakcell-in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə

02-10-2018

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

13-08-2015

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019

Göyçayda Bakcell-in yeni rəsmi diler mağazası açıldı

01-10-2018

“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

05-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə