AGBank ən təhlükəsiz internet xidməti təklif edən bank seçilib

15-02-2016 / 15:07

Yerli banklar arasında ən təhlükəsiz İnternet Bankinq xidmətini təklif edən banklardan biri AGBank olub.

Xeberler.az-ın məlumatına görə, informasiya texnologiyalarının təhlükəsizliyini təyin və təmin edən  High-Tech Bridge  və Qualys beynəlxalq İT araşdırma şirkətləri bu sahədə bir sıra araşdırmalar aparıb. Nəticə olaraq adı çəkilən şirkətlərin internet səhifəsində istənilən bankın İnternet Bankinq xidmətinin təhlükəsizlik göstəricisini müəyyən edən pəncərə yaradılıb. İT üzrə ixtisaslaşan Defcon təşkilatının Azərbaycandakı nümayəndəsi isə bu pəncərə əsasında öz rəsmi saytında yerli 14 bankın internet üzərindən edilən xidmətlərin təhlükəsizlik reytinqini dərc edib/ Beləliklə, Azərbaycanda fəaliyyət göstərən 14 bank arasında AGBank İnternet Bankinq xidmətinin təhlükəsizliyinə görə  A+ dərəcəsinə layiq görülüb.

AGBank-da İnternet Bankinq xidməti

Təhlükəsizliyi öndə tutan AGBank, bu sahədə ən müasir və güvənli Vasco Token qurğusunu tətbiq edib. Birdəfəlik şifrələri təsdiqləyən bu qurğu növbəti prinsip ilə çalışır: Siz dəyişməyən istifadəçi adını və şifrəni uyğun pəncərələrə qeyd edirsiniz.  Ekranda görünən digər “Digipass” adlı pəncərəyə isə yeni şifrəni yazırsınız. Sistemə hər dəfə daxil olarkən yenilədiyiniz bu şifrə əməliyyatların təhlükəsiz şəkildə aparılmasını təmin edir.

AGBank-ın onlayn xidmətlər sırasına əlavə etdiyi yeniliklərdən biri də Virtual Vasco Token sisteminin tətbiqidir.  Sistemi aktivləşdirmək üçün mobil telefonunuza xüsusi proqram təminatını yükləmək kifayətdir. Birdəfəlik şifrəni təsdiq edən bu sistem sayəsində keçirdiyiniz bank əməliyyatlarının tam təhlükəsizliyi təmin olunur və əlavə elektron cihazı daşımaq məcburiyyətindən də azad olursunuz.  

Qeyd edək ki, İnternet Bankinq xidmətinə qoşulmaq üçün istənilən bank filialına müraciət edərək öncə lazımi anket formasını doldurmaq və sonra müqaviləyə imza atmağınız yetərlidir. Bankın əməkdaşları tərəfindən Sizə sistemə daxil olmaq üçün gərəkli məlumat və istifadə qaydaları haqqında təlimat veriləcək.  

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.