Previous Next
Bağla

Şifrə seçərkən hansı məqamlara diqqət etməliyik?

21-12-2015 14:06
Şifrə seçərkən hansı məqamlara diqqət etməliyik?

Bu gün istifadə etdiyimiz  elektron cihazlar  həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Hər an yanımızda daşıdığımız mobil telefonlar və hamının evində olan kompüterlər mesajlar, şəkillər, səs qeydləri və s. fayllar kimi məlumatları özündə saxlayır.

Bu kimi xüsusi məlumatların təhlükəsizliyini qorumaq üçün isə cihazlarımızda və hesablarımızda seçdiyimiz şifrələrdən istifadə edirik.  

Bəzən şifrə seçimində  diqqətli olmuruq və nəticədə  şəxsi məlumatlarımızın  başqasının əlinə keçməsi, itirilməsi kimi ciddi problemlərlə rastlaşırıq.

Xeberler.az olaraq məlumatların təhlükəsizliyini qorumaq üçün şifrələrin seçimi mövzusunda  diqqət edilməsi vacib  olan  məqamları araşdırdıq.

Facebook, Twitter kimi sosial şəbəkələrdən istifadə edərkən şifrə seçmək məcburiyyətində qaldığımız kimi, şifrələrin etibarlı olması da çox əhəmiyyətlidir.

Belə ki, təhlükəsizliyi tam təmin etmək üçün şifrə seçərkən 4 mühüm xüsusiyyətə fikir vermək lazımdır.

Cüt simvollu və uzun olan şifrələr daha təhlükəsizdir

Cüt simvollu şifrələrin istifadə olunması həmişə təhlükəsizdir. Əgər bir başqası şifrənizi tapmağa çalışırsa, şifrə təyin edən proqram həmin şifrənin cüt simvollardan ibarət olduğunu bilərək təyin etmə vaxtını uzadır.

Şifrənin uzunluğu da milyonlarla kombinasiya tərəfindən yoxlandığından şifrəni təyin etmək çətinləşir. Buna görə də həmişə şifrə seçərkən rəqəm, böyük , kiçik hərflərdən və işarələrdən istifadə etməyiniz məsləhətdir. Təhlükəsizliyi 100 faiz təmin etməsə də, bu yolla 99 faiz təmin edəcək.

Böyük şirkətlərin sistemlərində istifadə olunan şifrələr

Bir çox internet istifadəçisi böyük şirkətlərin şifrələrinin daha təhlükəsiz qorunduğunu düşünür. Lakin onlayn e-ticarət saytları belə bəzən şifrələri düz mətn şəklində sistemdə saxlayır.  Bununla da sistemə icazəsiz  daxil olmaqla şifrənizi asanlıqla tapa bilərlər. Bu kimi təhlükələrdən uzaq olmaq üçün həmişə inandığınız, əmin olduğunuz, təhlükəsizliyi daha güclü olan saytlardan istifadə etməyiniz məsləhətdir.

Şifrə seçərkən qarşılaşdığınız təhlükəsizlik səviyyəsinə inanmayın

Bir çox saytlarda şifrəni qeydiyyatda istifadə etdikdə şifrənin təhlükəsizlik səviyyəsi ilə bağlı məlumat verilir. Sadəcə simvol uzunluğunu və fərqli işarələr istifadəsini tələb edən bu kimi sistemlərə inanmayın. Məsələn, istifadəçi adını daxil  etdiyiniz zaman şifrədə də  istifadəçi adınızdan istifadə etməyin. Ancaq bir çox saytlar var ki, istifadəçi adını belə şifrəyə daxil etdikdə uzunluğuna və böyük, kiçik hərflərdən istifadəyə görə şifrənin təhlükəsiz olduğunu bildirir. Əslində bu, çox təhlükəlidir.

Şifrələrin 2 fərqli cihazdan idarə olunması

Şifrələrin fərqli cihazlardan idarə olunması sistemə və ya hesabınıza daxil olan şəxsin iki cihazda da nəzarət edilməsini təmin edir. Yəni kompüterdə şifrənizi daxil etdikdən sonra mobil telefonunuza gələn əlavə şifrə vasitəsilə sistemə və ya hesabınıza tam təhlükəsiz daxil ola bilərsiniz.

 

Ağasəf Haqverdiyev 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib

23-12-2015

Saytlarda hakerin şifrəyə müdaxilə müddətini öyrənmək mümkün olacaq

25-12-2015

2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

20-11-2020

İnternetdə şifrələri tez-tez dəyişdirmək lazımdır?

01-12-2016

Twitter-dən təhlükəsiz istifadə qaydaları

17-04-2023

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023

İstifadəçilər iPhone-da təhlükəsizliklərini necə qoruya bilər?

11-11-2015

Yahoo yeni şifrə texnologiyası tətbiq edir

19-03-2015

Şifrələrinizi qoruyan PULSUZ proqram

25-03-2011

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015

AGBank ən təhlükəsiz internet xidməti təklif edən bank seçilib

15-02-2016

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019

DVX: İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər

18-04-2025

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022

Azercell müştərilərini diqqətli olmağa çağırır!

12-09-2022

Çətin şifrələri necə yarada bilərik?

01-04-2014

Xalq Bank onlayn ödənişlərin təhlükəsizliyini artırır

19-11-2015

Sosial mediada təhlükəsizliyi qorumağın 10 yolu

26-03-2015

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Şifrə təhlükəsizliyində nələrə diqqət etməli?

20-11-2017

DİQQƏT: Eyni şifrədən istifadə etməyin!

16-05-2011

DəmirBank plastik kartlarını 3D Secure xidmətinə qoşub

06-11-2015

RYTN smartfonların təhlükəsizliyi ilə bağlı bir sıra qaydalar açıqlayıb

03-06-2015

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə