Ailə TV-dən istifadəçilərinə bayram hədiyyəsi

23-09-2015 / 12:43

Bayram günlərində- 24 sentyabrdan 27 sentyabradək Ailə TV rəqəmsal yayımda təqdim olunan Fərdi seçim paketin bütün 70 TV kanalı açıq şəkildə, pulsuz yayımlacaq.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Bundan əlavə, Ailə NET internet abunəçiləri üçün də xüsusi hədiyyə hazırlayan şirkət, internetin sürətini də artıracaq.

Belə ki, 24 sentyabrdan etibarən minimal internet paketinin sürəti 8 mbit/s-ə qaldırılacaq. Bu halda minimal aylıq abunə haqqı standart 13 AZN olaraq, dəyişməz qalacaq. 8 mbit/s tarif planın abunəçiləri gecə saat 01:00-dan  səhər saat 09:00-dək 10 mbit/s-dək internet sürətində istifadə edə biləcəklər.

Eləcə də, 10; 12; və 15 mbit/s sürət paketlərinin da qiymətini endirəcək Ailə NET, həmin paketlərin abunə haqqını müvafiq olaraq 23; 30; və 35 AZN edəcək.

Qeyd edək ki, ən son FTTB texnologiyasından istifadə edən Ailə NET, Bakı və Gəncə sakinlərinə 100 mb/s-dək genişzolaqlı fiber-optik internet xidmətləri göstərir.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə