Ailə TV kabelsiz və antensiz, yeni İP TV xidmətini təqdim edib.
TV-dən Xəbərlər-ə verilən məlumata görə, Ailə TV-yə qoşulmaq üçün internet və Ailə TV Player kifayətdir.
Minimum 2 Mbit/s itenternetlə Ailə TV Player-i televizora qoşub, 200-dən çox TV kanal izləmək mümkündür. Bu TV kanalların bir-çoxu üçün, 7 günlük arxivlə təkrar izləmə funksiyası mövcuddur.
Həmşinin Ailə TV Playerlə abunəçilər sevimli TV kanalları hər yerdə izləyə bilər. Dünyanın hər yerində, ölkəmizin istənilən güşəsində, istənilən şəhər və rayonlarda. Kabel və sputnik televiziyalarından istifadə etmək imkanı olmayanlar da bu imkandan istifadə edə biləcəklər.
Ailə TV Playeri televizora qoşmaqla əslində istənilən televizoru SmartTV funksiyaları ilə təmin etmək olar. İstənilən televizorda internetdən istifadə etmək, android tətbiqlərdən faydalanmaq da mümkündür.
Bundan əlavə, Ailə TV Player – bir qurğuda iki imkan deməkdir! Onu həm İP TV qəbuledici həm də WIFI router kimi rahat istifadə etmək olar.
Qeyd edilib ki, Ailə TV player-i bütün Ailə TV filiallarından əldə etmək mümkündür. Yaxın vaxtlarda ölkəmizin bütün iri elektronika mağazaları və supermarketlərində də Ailə TV satış nöqtələri açılacaq.
Satış qiyməti 50 AZN olan Ailə TV Playerlə abunəçilər ilk bir ay 200-dək TV kanalı pulsuz izləyəcəklər. Abunəni uzatmaq üçün Ailə və ya Ailə+ paketlərindən birini seçmək kifayətdir.
Ailə paketi 100 TV kanaldan ibarətdir və aylıq 9 AZN təşkil edir. Ailə+ paketi isə daha genişdir, əlavə 98 TV kanal və 15 AZN aylıq abunə haqqıdır.
Abunə haqqlarını MilliÖn terminalları, Ailə TV filialları, poçt, bank və ya aile.tv, goldenpay.az, hesab.az saytlarında keçirmək mümkündür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri