AMEA Avropa Nüvə Tədqiqatları Təşkilatı ilə əməkdaşlığı genişləndirir

01-03-2017 / 14:31

İsveçrədə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) olub.

AMEA-dan Xeberler.az-a  verilən məlumata görə, səfər çərçivəsində akademik Akif Əlizadə CERN rəhbərliyi ilə görüşüb. Görüşdə nüvə fizikası və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məqsədilə müzakirələr aparılıb.

AMEA-nın nümayəndə heyəti Böyük adron kollayderinin yerin təxminən 80 və 100 metr dərinliklərində fəaliyyət göstərən ALİCE (A Large Ion Collider Experiment) və CMS (Compact Muon Selenoid) detektorlarına səfər edib, orada aparılan tədqiqatlar haqqında ətraflı məlumat alıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə CERN-in fəxri qonaqları üçün nəzərdə tutulmuş kitaba öz ürək sözlərini yazıb.

Qeyd edək ki, Avropa Nüvə Tədqiqatları Təşkilatı dünyanın ən böyük yüksək enerji fizikası laboratoriyasıdır. Cenevrə şəhəri yaxınlığında yerləşən təşkilatın yaradılması haqqında razılıq 12 Avropa ölkəsinin iştirakı ilə 1953-cü ildə Parisdə imzalanıb və 29 sentyabr 1954-cü ildə öz işinə başlayıb.

Hazırda CERN-ə 20 üzv ölkə ilə yanaşı, müşahidəçi statuslu bir çox ölkə və beynəlxalq təşkilat daxildir. 2500-dən çox daimi işçisi olan CERN 85 ölkənin 580 universitet və institutundan 8000-ə yaxın fizik və mühəndislə əməkdaşlıq edir. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.