Previous Next
Bağla

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016 12:11
AzScienceNet-in infrastrukturu yenidən qurulub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadənin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın yekun hesabatına dair məruzəsi dinlənilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, Akif Əlizadə strategiyada zəruri vəzifələrdən biri kimi beynəlxalq elmi əlaqələrin inkişafından bəhs edərək fiziklərin Avropa  Nüvə Tədqiqatları Mərkəzində, Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, geoloq və geofiziklərin Massaçusets Texnologiya İnstitutunda, bioloq və botaniklərimizin İsveçrənin elmi mərkəzlərində xarici alimlərin iştirakı ilə birgə layihələr həyata keçirdiyini, eyni zamanda Akademiyada ABŞ, Almaniya və İtaliyanın  nüfuzlu elmi mərkəzləri ilə birgə beynəlxalq laboratoriyaların yaradıldığını qeyd edib.

Alim ölkədə elektron Azərbaycanın tərkib hissəsi kimi elektron elmin formalaşması istiqamətində əhəmiyyətli irəliləyişlərində əldə edildiyini bildirib. Qeyd edib ki, elektron elmin platforması olan AzScienceNet kompüter şəbəkəsinin infrastrukturu geniş zolaqlı İnternet texnologiyaları əsasında yenidən qurulub, texnoloji bazası modernləşdirilərək funksional imkanları əhəmiyyətli dərəcədə artırılıb. 

Onun sözlərinə görə,  superkompüter və BigData texnologiyalarına tələbatı olan elmi problemlərin həlli üçün  böyük imkanlara malik Data Mərkəz istismara verilib. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Azərbaycanın elm və təhsil müəssisələrinin Avropanın elm və təhsil cəmiyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb

AMEA prezidenti  həmçinin AMEA-nın Elm və Texnologiyalar Parkının respublikanın müxtəlif regionlarında yerləşən Akademiyanın Təcrübə-Dayaq Məntəqələrində tətbiq etdiyi, qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan aqrar layihələrindən və bu sahədə görülən işlərdən də danışıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016

Akif Əlizadə: “Gənc alimlərin informasiya texnologiyalarına dərindən yiyələnməsi vacibdir”

15-03-2013

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

14-11-2013

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Akademik Akif Əlizadənin mətbuat konfransı keçirilir

18-07-2013

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə