“Milli Grid Seqmenti”nin açılış mərasimi keçirilib

29-10-2009 / 18:02

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən yaradılmış “Milli Grid Seqmenti”nin və “Black Sea İnterconnection” (BSI) layihəsinin açılış mərasimi keçirilib.

Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AMEA-nın prezidenti Mahmud Kərimov, ölkənin dövlət və özəl elmi-tədris müəssisələrinin rəhbərləri, İKT sahəsində aparıcı şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi veb resursunun yaydığı məlumata əsasən,Avropa Komissiyasının dəstəyi ilə reallaşdırılan BSI layihəsinin əsas məqsədi Cənubi Qafqaz regionunun tədqiqat-təhsil şəbəkələri arasında beynəlxalq şəbəkə infrastrukturunun qurulması və onun GEANT2 Avropa tədqiqat mərkəzinə birləşdirilməsidir. Avropanın Milli Tədqiqat və Təhsil Şəbəkələrini birləşdirən GEANT2 şəbəkəsinə optik xətlə birbaşa qoşulan BSI layihəsinin Azərbaycan üzrə icraçısı AzRENA İctimai Birliyidir.

AMEA-nın Fizika İnstitutunun binasında quraşdırılmış Milli Grid seqmenti beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, dünya elminə inteqrasiyanın sürətləndirilməsinə, elmtutumlu mürəkkəb məsələlərin həllinə və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN, Cenevrə) ilə birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək.

Milli Grid seqmentinin GEANT2 şəbəkəsi vasitəsilə CERN-ə çıxışının təmin olunması üçün RİTN-in dəstəyi ilə yüksək sürətli internet kanalı təşkil edilib.

Mərasim iştirakçıları müasir texnologiyaların ən yeni nailiyyətlərinə əsaslanmaqla elm və təhsilin inkişaf etdirilməsinə ölkədə ciddi diqqət yetirildiyini qeyd edərək, bu layihələrin ölkə başçısı İlham Əliyevin bu sahədə təsdiq etdiyi Dövlət Proqramlarının həyata keçirilməsi istiqamətində atılmış vacib addım kimi qiymətləndirdilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə