AMEA distant təcrübə mübadiləsi aparacaq

05-09-2015 / 10:49

Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) ilə Xəzər Strateji İnstitutu (HASEN ) distant təcrübə mübadiləsi aparacaq.
 
AMEA-dan Xeberler.az-a verilən məlumata görə, tərəflər həmçinin məlumat bazalarından ikitərəfli istifadəni təmin etmək barədə razılığa gəliblər. Bu müddəalar AMEA ilə HASEN arasında imzalanan anlaşma memorandumunda əks olunub. Memorandumda ixtisas təkmilləşdirmə proqramları hazırlamaq, kadr hazırlığı, birgə elmi məqalələr, materiallar çap etdirmək, milli və beynəlxalq akademik müəssisə nümayəndələrinin də iştirak etdiyi müxtəlif tipli tədbirlər təşkil etməklə bağlı müddəalar da yer alıb.
 
AMEA-dan qeyd edilib ki, memorandum AMEA prezidenti, akademik Akif Əlizadə ilə Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaşın  keçirdiyi görüşdə imzalanıb.
  
HASEN-in baş katibi Haldun Yavaş Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirmək məqsədilə müxtəlif qurumlarla görüşlər keçirmək niyyətində olduğunu bildirib və bu yöndə həyata keçirdikləri layihələrdən danışıb.

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə