Previous Next
Bağla

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018 17:06
AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumu imzalama mərasimi olub.

Xeberler.az  bildirir ki, tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, 1993-cü ildən başlayaraq AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində böyük intellektual dəstək verib, İnformasiya Texnologiyaları İnstitutunun bir şöbəsinin əməkdaşları DGK-ya yönəldilib:

"Bu əməkdaşlığın nəticəsində DGK müvafiq sahədə böyük uğurlar əldə edib. Təsadüfi deyil ki, 2002-ci ildə BMT-nin İnkişaf Proqramı DGK-nın İKT sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib."

Hazırda ölkədə biliklər cəmiyyətinin formalaşdırıldığını deyən AMEA-nın akademik- katibi Azərbaycanın iqtisadi maraqlarının qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Əlavə edib ki, bütün bu vəzifələrin icrası elmi dəstəyə, intellektual potensiala əsaslanır. Akademik Rasim Əliquliyev bildirib ki, gömrük işində təhlükələrin, risklərin və bu kimi halların qarşısının alınmasında İKT prioritet sahələrdən biridir.

Akademik qeyd edib ki, DGK-da əldə olunan irihəcmli məlumatların emalı və təhlili üçün Big Data və superkompüter texnologiyalarından istifadə zəruridir. R.Əliquliyev bütün bunların memorandumda öz əksini tapdığını və AMEA-nın gələcəkdə də qeyd olunan istiqamətdə DGK-ya lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Akademik qeyd olunan məsələlərin, ümumən gələcək planların, birgə həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi məqsədilə AMEA ilə DGK-nın birgə dəyirmi masanın təşkilini təklif edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

AMEA-nın akademik-katibi: “Milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması üçün tədbirlər görülür”

22-04-2014

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016

Big Data konfransı başa çatdı

25-02-2016

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə