Previous Next
Bağla

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015 16:57
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan Xeberler.az-a verilən məlumata görə,  iclasda AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında danışıb.

O qeyd edib ki, son illər Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Rasim Əliquliyev vurğulayıb ki, ölkə başçısının müvafiq sərəncamları ilə elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətə malik olduğunu deyən akademik aparılan ilkin araşdırmalar nəticəsində AMEA-nın elmi müəssisələrinə məxsus veb-saytların bəzilərinin dizayn, proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermədiyini qeyd edib.

İcalsda qeyd edilib ki, İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində AMEA-nın veb-infrastrukturunun və onun əhatə etdiyi veb-saytların monitorinqini həyata keçirəcək. Həmçinin qeyd edilib ki, AMEA-nın veb-saytlarına elmi-metodiki təminatı üçün müvafiq seminarlar təşkili təmin edilməlidir. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə veb-saytların informasiya təminatının aktual vəziyyətdə saxlanılması, proqram təminatı və dizaynının müasir tələblərə uyğunlaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməsi tapşırılıb.

 Məltəm Talıbzadə 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə