Astronomlar qalaktika interneti modelini təqdim etdi

11-09-2008 / 11:30
Lenta.ru-nun məlumatına görə, Havay universitetinin doktoru Con Lerndin başçılığı altında astronomlar qrupu potensial qalaktika interneti sxemini təqdim edib.
Tədiqatçıların fikrincə, bəzi texnologiyaların köməyi ilə Sefeid sinifi ulduzlarının vasitəsilə informasiya siqnallarını ötürmək olar. Bu ulduzlar digərlərindən daimi əlvanlıqları ilə fərqlənirlər.
Informasiyanın ötürülməsi üçün alimlər əsassız olaraq ulduzların əlvanlıq tsiklinə təsir etməyi təklif edirlər. Uzun və qısa tsikllərin davamiyyətinin köməyi ilə informasiyanı rəqəmləşdirmək olar. Alimlər təsdiq edirlər ki, bu tsiklin parametrlərinə ulduzların işıqlandırılmasına yüksək enerji –neytrino dəstəsi ilə təsir etmək olar.
Lakin Lernd və onun həmkarları təsdiq edirlər ki, bu üsulla ötürmə çox aşağı sürətlə təxminən, ildə 180 bit olacaq. Neytrinonun güclü dəstəsini yaratmaq üçün çox böyük enerji  lazımdır.
Texnologiyadan istifadənin əhəmiyyətsiz olduğuna baxmayaraq, Lernd Sefeidlərin yad planetlilərin “gizli məlumatları” axtarışı obyektində uzun illər ərzindəki fəaliyyətini təhlil etmək təklifini verir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə