Ucuz və sərfəli displeylər

11-12-2008 / 10:14

HP şirkətinin mühəndisləri və Arizona ştatı universitetinin tədqiqatçıları ucuz qiymətli, elastik və sınmayan elektron displeyin yaradılması barədə elan ediblər.
Demək olar ki tam plastikdən ibarət elastik displeylər adi kompüter displeyləri ilə müqayisədə daha az enerji sərf edirlər. Bu cür qurğuları elektron kağız, eləcədə elektron lövhə kimi istifadə etmək olar. 
 

Yeni displeylərin istehsalında, əvvəlkindən 90% daha az material istifadə olunur. Elektron qurğularda ekranın ən bahalı komponentlərdən biri olmasını nəzərə alsaq, elastik displeylərin kütləvi istehsalı nəticəsində noutbukların, smartfonların və digər qurğuların qiyməti xeyli aşağı düşəcək. 

Lenta-nın  məlumatına görə, sınmayan displeylərin istehsalında SAIL - litoqrafiya texnologiyasından istifadə olunur.

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə