1 kub millimetr ölçülü kompüter yaradılıb

06-03-2011 / 15:41

Miçiqan Universitetindən mühəndislər qrupu dünyada ən kiçik işlək kompüter təqdim ediblər.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni hesablayıcı maşın, ölçülərinə görə qəpikdən kiçik olmasına baxmayaraq, özündə tamamlanmış sistemi əks etdirir. Mühəndislərin fikrincə, kompüteri göz içi təzyiqin izlənilməsi üçün implantasiya edilmiş monitor qismində istifadə etmək olar. Qurğunun ölçüləri təxminən 1 kub millimetr təşkil edir. Onun içərisində kiçik güclü mikroprosessor, təzyiq sensoru, yaddaş həcmi, nazik plyonkalı batareya, günəş paneli və məlumat ötürmək imkanlı simsiz radio-antena yerləşdirilib.


Yeni kompüterin əsas üstünlüyü onun bu kimi digər qurğularla simsiz əlaqə yaradaraq sensor şəbəkələr təşkil etmək imkanından ibarətdir. Qurğunun təchiz olunduğu prosessor özündə “Phoenix” tədqiqat çipinin üçüncü nəslini əks etdirir. Qeyri-adi arxitekturanın istifadə olunduğu bu çiplərdə prosessora enerji sərfiyyat səviyyəsinin azaldılması üçün gözləmə rejiminə düşmək imkanı verən xüsusi blok qurulur.


Yeni sistem avtomatik qaydada hər 15 dəqiqədən bir işə salınır və göz təzyiqini ölçür. Bu zaman onun enerji səfiyyatı cəmi 5,2 nanovatt təşkil edir. Qurğunun enerji ilə doldurulması üçün onu 10 saat işıq altında və ya 1,5 saat günəş işığı altında saxlamaq lazımdır. Qurğunun antenası yalnız ötürülmə üçün nəzərdə tutulduğundan onun ölçüləri minimuma çatdırılıb, konstruksiyası isə antenanı qurğuların içərisinə yerləşdirmək imkanı verir.

Alimlərin sözlərinə görə, yeni kompüter ümumi dizaynla hazırlanıb və lazım gələrsə onu digər təyinat məqsədlərində istifadə etmək üçün optimallaşdırmaq mümkündür. Misal üçün kiçik kompüter havanın çirklənməsinin monitorinqi, tədqiqat işləri və ya obyektlərin izlənməsi kimi sahələrdə tətbiq edilə bilər.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.