Avropa Mərkəzi Bankı: “Bitcoin almaq böyük riskdir”

01-12-2017 / 14:29

Avropa Mərkəzi Bankının (European Central Bank) vitse-prezidenti Vitor Constancio son günlərin məşhur elektron pul vahidi bitcoin barədə açıqlama verib.

Xeberler.az CNBC-yə istinadən məlumat verir ki, ümumi iqtisadi qiymətləndirmələrdən danışan Constancio bitcoin-ə sərmayə edənlərin ciddi risk aldığını deyib.

Onun sözlərinə görə, bitcoin-in qiymətlərindəki dəyişiklik, müəyyən bir spekulyativ aktiv halına gəlir. Vitse-prezident investorların belə bir qiymətə risk aldığını vurğulayıb.

Qeyd edək ki, son günlərdə kriptovalyutanın məzənnəsindəki artım dünya mediasında ciddi müzakirlərə səbəb olub. Belə ki, bitcoin-in qiymətinin 10 min dolları ötməsi və ardından sürətlə azlaması dünyada “bitcoin şarı” kimi adlandırılır.

Xatırladaq ki, ötən gün Dünya Bankının sabiq baş iqtisadçısı və Kolumbiya Universitetinin professoru Joseph Stiglitz də bu valyutanın qadağan edilməsini irəli sürüb.

Constancio məsələ ilə bağlı bildirib ki, kriptovalyutaların tənzimlənməsi Avropa Mərkəzi Bankın səlahiyyətlərinə adi deyil:

“Bu aktivlərin qiymətlərini müəyyənləşdirmək və nəzarət etmək məsuliyyətimiz yoxdur. Bu, əlbəttə ki, mərkəzi bankların vəzifəsi deyil".

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.