Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

02-08-2017 / 14:26

Avqustun 1-də gözlənildiyi kimi, bitcoin ikiyə bölünüb. Ötən gün bu bölünmə ilə Bitcoin (BTC) və Bitcoin Cash (BCC) ilə iki fərqli kripto pul vahidi ortaya çıxıb.

Bir kripto pul alış-veriş şirkəti olan ShapeShift-in CEO-su Erik Voorhees-in dediyi kimi, bu, kripto pul dünyası üçün tarixi anlardan biri olaraq qeydə alındı.

Xeberler.az məlumat verir ki, bölünmənin üstündən saatlar keçməsinə baxmayaraq bir blok meydana gəlməməsi kripto pul sahiblərində müxtəlif fikirlər yaradın. Lakin 7 saat sonra Bitcoin Cash-ın ilk blokçeyini meydana gəlib.

CoinMarketCap-ın məlumatlarına görə, 219 dollardan əməliyyat görərək həyata başlayan BCC hazırda 439  dollar üzərindən əməliyyat həyata keçirir. Həcm olaraq Ripple-ı geridə qoyaraq ən böyük üçüncü kripto pul vahidi Bitcoin Cash olub.

Qeyd edək ki, bitcoin-in əməliyyat sürətindəki zəiflik səbəbiylə SegWit2-yə keçməsini dəstəkləməyən bir qrup mədənçi tutumu 2MB deyil də 8MB-ya çıxarmaq üçün bitcoin cash proqramını meydana gətirib və buna görə bölünmə reallaşıb.

Hələlik Bitcoin və Bitcoin Cash-ın gələcəkdə vəziyyəti barədə ümumi  fikir demək çətindir. Qeyd edilir ki, buna tamamilə bazar qərar verəcək və burada da ən əhəmiyyətli oyunçular böyük şirkətlərdir.  

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə