Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

25-05-2017 / 12:54

Ötən il ərzində 25 yeni elektron tipli ATS və 12,7 min nömrə istismara verilib, 46 ATS-də genişləndirmə işləri aparılıb, sabit telefon şəbəkəsi üzrə genişzolaqlı internet portlarının tutumu 12,2 min ədəd artırılıb və 354,2 km fiber-optik kabel çəkilib. Həmçinin hər 100 nəfərə düşən telefon aparatlarının sayı 16,0, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69,0 və hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 113 təşkil edib.

Xeberler.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sisteminə daxil olan müəssisələr (rabitə sektoru) üzrə vergi və digər icbari ödənişlər şəklində büdcə daxilolmalarının həcmi 2014-cü illə müqayisədə 18 185,3 min manat və ya 55,6%, 2015-ci illə müqayisədə 13 508,0 min manat (+36,1%) artaraq 2016-cı ildə 50 901,1 min manat təşkil edib.

Palatanın rəyinə görə, 2016-cı il ərzində həmin müəssisələr üzrə dövlət büdcəsinə olan borcların həcmi 3 790,8 min manat (-63,5%) azalaraq 2 180,4 min manat, artıqödəmənin həcmi isə 4 313,8 min manat (+2,2 dəfə) artaraq 7 856,6 min manat təşkil edib.

Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata əsasən, Nazirliyin xətti ilə informasiya və rabitə sektoruna 84,1 milyon manat investisiya qoyuluşları həyata keçirilib, zəruri təmir-yenidənqurma işləri aparılıb, əsas vəsaitlər alınıb, gömrük sərhəd buraxılış məntəqələrində yeni poçt şöbələri yaradılıb.

Həmçinin beynəlxalq internet kanallarının ümumi tutumu 2015-ci illə müqayisədə 20 Gbit/s artırılaraq 550 Gbit/s-yə çatdırılıb, respublika üzrə əhalinin hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 78 nəfər, genişzolaqlı internet istifadəçilərinin sayı 73 nəfər, kompüter istifadəçilərinin sayı isə 70,9 nəfər olub.

Hesabatda o da qeyd edilib ki, Azerspace-1 peykinin tutumlarının 78%-i ödənişli əsaslarla istifadəyə verilib. Bundan başqa, əvvəlki illə müqayisədə 2016-cı ildə poçt və telefon rabitəsi xidmətlərinin qiymət indeksləri dəyişməyib.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.