Previous Next
Bağla

İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub

29-07-2015 10:56
İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub

Azərbaycanın İKT sahəsinə qoyulmuş investisiyaların həcmi 2015-ci ilin yanvar-iyun ayları ərzində 158,3 milyon manat təşkil edib.

Xeberler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, altı ayın yekunlarına əsasən, müəssisələr və nazirliyin bölmələri tərəfindən İKT sahəsinə 48 milyon manat investisiya qoyulub.

Azərbaycanda İKT sahəsinə ilin əvvəlindən qoyulmuş investisiyanın həcmi ölkə iqtisadiyyatına qoyulmuş ümumi investisiyanın 2 faizini təşkil edir və 2014-cü ilin analoji dövrünün göstəricisini 2,5 dəfə üstələyir.

 Ölkədə rabitə müəssisələrinin kapital qoyuluşları hesabına 24 yeni ATS istismara verilib, 3-ü yenidən qurulub və daha 29 ATS modernləşdirilib. Nəticədə respublika üzrə ATS şəbəkəsinin montaj nömrə tutumu 1,85 milyonu, əsas telefon aparatlarının sayı isə 1,49 milyonu ötüb.

Qoyulmuş investisiyalar hesabına uzunluğu 162,9 kilometr olan kabel magistralının salınması üzrə işlər görülüb. ADSL portlarının sayı 96,3 mindən çox artırılıb.

Azərbaycanın İKT sektoru və poçt rabitəsi üzrə əldə edilən gəlirlərin həcmi yanvar-iyun aylarında 809,6 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünün göstərcisini 12 faiz üstələyir.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan ÜDM-ində İKT sahəsinin xüsusi çəkisi göstərilən dövrdə 2 faiz, qeyri-neft ÜDM-də isə 3 faiz təşkil edib. İKT sektoru üzrə əldə edilmiş gəlirlərin 80 faizi özəl sektorun payına düşüb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT sektoruna 158.3 milyon investisiya yatırılıb

16-07-2015

İKT sektorunun gəlirləri artıb

22-10-2015

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011

İKT sahəsinin gəlirləri 10 faiz artıb

27-07-2015

İKT sektorunun gəlirləri artıb

23-10-2015

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010

İKT sektoruna 142 milyon manat investisiya qoyulub

19-01-2015

Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir

09-04-2026

İKT sahəsində əldə olunan gəlirlərin həcmi 1,7 mlrd. manatı ötüb

17-01-2015

İKT sektorunda çalışanların orta aylıq əmək haqları artıb

20-11-2009

Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025

Elektron ticarətin həcmi 1,7 dəfə artıb

20-04-2015

Ölkədə e-ticarət dövriyyəsinin həcmi artıb

16-09-2015

Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

25-05-2017

Azərbaycanda elektron ticarətin həcmi artıb

19-04-2017

Naxçıvanda informasiya və rabitə xidmətlərinin həcmi 40 milyonu ötüb

19-11-2015

Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

20-10-2009

Yanvar ayında İKT, informasiya və poçt sektorundan nə qədər gəlir gəlib?

23-02-2011

İKT Azərbaycanda ən gəlirli sahəyə çevrilib

22-12-2008

Bakıda İnternet istifadəçilərinin sayı 72 faiz artıb

30-07-2015

Azərbaycanın rabitə sektorunun satış həcmi $802,711 mln. təşkil edib

17-09-2009

İnformasiya və rabitəyə qoyulan investisiyanın məbləği açıqlanıb

14-11-2025

Rabitə xidmətlərindən istifadə edənlər çoxalıb

19-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə