Azərbaycanda Instagram istifadəçilərinin sayı kəskin artıb

06-01-2017 / 12:31

Facebook Azərbaycanda ən populyar sosial şəbəkə Facebook olsa da, 2017-ci ildə bu mövzuda dəyişiklik olacağı gözlənilir.

Orkhanrza.com-un məlumatına görə, ölkədəki Instagram istifadəçilərinin artım sayı onu göstərir ki, yaxın aylarla Instagram istifadəçi sayına görə Facebook-u keçə bilər.

Saytda qeyd edilib ki, son 6 ayın statistikasına baxdıqda Instagramın çox sürətlə auditoriyasının genişləndiyi müşahidə edilir.

Belə ki, ötən ilin  iyul ayında 750 min istifadəçisi olan Instagram-da hazırda istifadəçi sayı 1.66 milyona çatıb. Facebook-da isə son 6 ayda cüzi artım qeydə alınıb.

Hazırda Facebook göstərir ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı 1,75 milyon, Instagram istifadəçilərinin sayı isə 1,66 milyondur.

Facebook və Instagram istifadəçilərinin ümumi sayı hazırda 2,5 milyondur. Bunlardan 840 mini yalnız Facebook istifadəçisidir. 750 mini yalnız Instagram istifadə edir. 910 mini isə həm Facebook, həm Instagram istifadə edir.

Yaş nisbətlərinə görə qeyd olunan sosial şəbəkələrə baxdıqda, Facebook və Instagram auditoriyalarının təxminən eyni səviyyədə bölündüyündüyü müşahidə edilir.Lakin 36-45 yaşlarda Instagram istifadəçilərinin sayı Facebook-la müqayisədə xeyli çoxdur.

Facebook və Instagram istifadəçilərinin yaş və cins nisbəti:

Instagram son vaxtlar sürətlə inkişaf edir.

Orkhanrza.com-da qeyd edilib ki, Instagram –ın 6 ayda 2 dəfə artaraq 1,66 milyona çatması gözlənilən deyildi. Əgər platforma bu sürətlə davam edərsə, növbəti aylardan etibarən artıq Instagram ölkədə ən böyük auditoriyaya malik sosial şəbəkə olacaq.

Onu da nəzərə almaq lazımdır ki, Instagram-da satış profillərinin aktivliyi, sürətlə artması göstərilən ədədlə real istifadəçi sayının fərqli olduğunu deməyə əsas verir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.