Instagram fotoxidməti “Windows Phone” platformasında işləyəcək

22-10-2013 / 22:09

“Instagram” fotoxidməti “Windows Phone” əməliyyat sistemli smartfonlarda işləyəcək. Bu barədə oktyabrın 22-də “Nokia World” tədbiri zamanı “Nokia” şirkətinin direktoru Stiven İlop elan edib.  “Instagram” tətbiqetməsi yaxın həftələrdə “Windows Phone”-un mağazasında yerləşdiriləcək.“Instagram”ın direktoru Kevin Sistrom, həmçinin bu faktı təsdiqləyib.

Xatırladaq ki, “Instagram” fotoxidməti 2010-cu ildən fəaliyyət göstərir və 150 milyondan artıq istifadəçisi var. Xidmət öncə fotoşəkillərin nəşr edilməsi üçün nəzərdə tutulmuşdu, lakin 2013-cü ilin yayından videoçarxlar da yükləmək mümkündür.

İlk vaxtlar “Instagram” yalnız “iOS” platformasında işləyib. 2012-ci ildə onun “Android” üçün tətbiqi çıxarıldıqdan sonra auditoriyası xeyli artıb. Həmin il “Facebook” sosial şəbəkəsi 1 milyard dollarından keçərək “Instagram” fotoxidmətini satın alıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.