Azərbaycanda virtual iqtisadi forum fəaliyyətə başlayıb

28-03-2016 / 13:46

UNEC yeni layihəyə – iqtisadçı alimlərin və praktiklərin diskurs.az virtual iqtisadi forumu layihəsinə başlayıb.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır.

Diskurs.az maraq kəsb edən məsələlərə dair materialları həm yerləşdirməyə, həm də onları qiymətləndirməyə və şərhlər əlavə etməyə, habelə sosial şəbəkələrdə paylaşmağa imkan verir.

Virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid müvafiq ekspertlərin rəy və təklifləri yerləşdiriləcək. Eyni zamanda istifadəçilərə öz maraq dairələrinə uyğun əlavə rubrikalar yaratmaq imkanı da veriləcək.

İstifadəçilər və iştirakçılar Azərbaycanda elə bir unikal intellektual meydançanın iştirakçılarına çevriləcəklər ki, orada iqtisadiyyatın və biznesin aktual məsələlərini ölkənin aparıcı iqtisadçı alimləri ilə və müxtəlif sahələrin mütəxəssisləri ilə birbaşa müzakirə edə biləcəklər.

Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadçıları diskurs.az virtual iqtisadi forumun işində iştirak edərək iqtisadi proseslərlə bağlı öz fikirlərini ictimayyətlə bolüşməyə dəvət edir.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.