Previous Next
Bağla

UNEC rəqəmsal iqtisadiyyatla bağlı dünya alimlərini bir araya gətirəcək

31-01-2020 12:51
UNEC rəqəmsal iqtisadiyyatla bağlı dünya alimlərini bir araya gətirəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bir kəmər, bir yol Elm və Texnologiya Alyansının dəstəyi ilə Bakıda 13-14 fevral tarixlərində “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Xeberler.az bildirir ki, Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Şirkəti, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA – Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.

Tədbirin sponsoru isə Bakcell mobil operator şirkətidir.

Beynəlxalq konfransda təşkilatçıların, tərəfdaş təşkilat və universitetlərin nümayəndələri, həmçinin ölkəmizin bir çox ali məktəblərinin rektorları, tanınmış akademiklər, Azərbaycanla bərabər, ümumilikdə 18 ölkədən - ABŞ, Çin, Hindistan, Yeni Zelandiya, Fransa, Almaniya, Türkiyə, Yunanıstan, Rumıniya, Xorvatiya, İsrail, Rusiya, Belarus, Litva, Estoniya, Qazaxıstan və Özbəkistandan olan alimlər iştirak edəcəklər.

Konfransın açılışı fevralın 13-də saat 10:00-da “Four Seasons” otelində (Neftçilər prospekti 1, Bakı) baş tutacaq. Tədbirin ilk günü plenar iclaslarda “Rəqəmsallıq, analitik göstəricilər və suni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər?”, “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı”, “ "Bir kəmər və bir yol" layihəsi çərçivəsində rəqəmsal iqtisadiyyatın və ticarətin inkişafı” mövzularında məruzələr dinləniləcək.

Konfrans işini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirəcək. “Dövlət İdarəetməsinin Rəqəmsal Transformasiyası”, “Rəqəmsal Əməkdaşlığa Regional Baxış”, “Maliyyə Sektorunun Rəqəmsallaşması”, “Sosial Sahələrin və Təhsilin Rəqəmsal Transformasiyası” adlı panellərdə rəqəmsallaşmanın  iqtisadiyyatın bütün sahələrində tətbiqinə və bunun təhsildə özünü göstərməsinə dair müxtəlif mövzularda müzakirələr aparılacaq.

Beynəlxalq konfransın 2-ci günü isə “Azərbaycanda rəqəmsal iqtisadiyyat, gələcəyə baxış və xarici əməkdaşlıq”, “Rəqəmsal iqtisadiyyat: Risklər və həllər”, “İpək Yolunun rəqəmsallaşdırılması: imkanlar və problemlər”, “Estoniya dövlət sektorunda rəqəmsal çevrilmə prosesi” mövzularında plenar məruzələr dinləniləcək. Bundan başqa, “Rəqəmsal transformasiyada texnoloji”, “Humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” adlı bölmə iclaslarında da konfransın mövzusuna aid alimlərin çıxışları olacaq, müzakirələr aparılacaq.

Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda konfrans keçirilib

14-02-2020

Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

17-02-2020

Rəqəmsal iqtisadiyyata həsr olunan konfransın Bəyannaməsi qəbul edilib

15-02-2020

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

29-12-2020

"Regional İnkişaf-Rəqəmsal İqtisadiyyat" mövzusunda 2-ci Beynəlxalq elmi praktik konfransı keçirilib

21-12-2023

Bakıda beynəlxalq İKT konfransı davam edir

13-10-2016

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

24-10-2025

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

“Aktivlərin idarə edilməsi” mövzusunda konfrans keçirilib

14-12-2024

Bakcell beynəlxalq konfransa dəstək olub

25-10-2017

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07-12-2023

Bakıda beynəlxalq İKT konfransı keçiriləcək

25-01-2016

Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

16-11-2023

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

“Yaşıl avtomobil nəqliyyatının infrastrukturuna keçid” mövzusunda seminarı keçirilir

04-11-2022

Texnologiya Universiteti Rusiyada ilk Avro-Asiya İT Forumunda təmsil olunub

22-02-2024

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

AzMİU-da beynəlxalq konfrans keçirilib

23-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə