Azərbaycanda yeni poçt vərəqi tədavülə buraxılıb

12-02-2019 / 11:29

“Azərmarka” MMC Regional Rabitə Birliyi ölkələrinin birgə buraxılışı olan “Qoruqlar – 2018. Qarayazı dövlət təbiət qoruğu" adlı poçt vərəqini tədavülə buraxıb.

Xeberler.az  bildirir ki, orijinal poçt vərəqi 6 markadan ibarətdir. Kiçik vərəqin ölçüsü 151x144 mm, markanın ölçüsü isə 37x52 mm-dir. Vərəqə daxil olan markalar:

1. Texas ağacdələni - 0.2 AZN
2. Qaratoyuq - 0.3 AZN
3. Hildebrandt sığırçını - 0.6 AZN
4. Adi sığırçın - 0.2 AZN
5. Qırqovul - 0.3 AZN
6. Şanapipik - 0.6 AZN

Vərəqlərin ümumi tiraji 10 min nüsxə təşkil edir. Bunlara əlavə olaraq “Birinci gün” zərfləri də hazırlanıb. Zərflərin sayı isə 200 ədəddir.

Layihənin rəssamı Nərmin Abdullayeva, dizayneri isə Anar Mustafayevdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.