Azərbaycanın ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanıb

22-02-2016 / 11:48

Azərbaycanın Azerspace-2 ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb.

Xeberler.az-ın məlumatına görə, bunu Azərkosmos ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanov deyib.

D.Bədirxanovun sözlərinə görə, proses ilə yaxından tanış olmaq üçün ASC-nin əməkdaşları ABŞ-da “Space Systems Loral” (SSL) şirkətinin peyk istehsal zavodundadırlar.

Peykin dizaynı orta və ağır geostasionar və yüksək eliptik telekommunikasiya peyklərinin hazırlanmasında istifadə edilən 1300 seriya (SS/L 1300) platforması əsasında həyata keçiriləcək. İkinci peyk proqramı Kanadanın “Export Development Canada” (EDC) kredit agentliyinin uzunmüddətli və güzəştli kreditləri hesabına həyata keçiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.

Peyk Azərbaycan tərəfindən Intelsat beynəlxalq peyk təşkilatından icarəyə götürülən şərq uzunluq dairəsindən 45 dərəcə orbit mövqeyində yerləşdiriləcək. Azerspace-2 peykinin xidmət zonasına Avropa, Cənub-şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Azerspace-2 geostasionar peyki Ku və Ka diapazonlu transponderlər ilə təchiz ediləcək və rəqəmsal tele-yayım xidməti göstərmək üçün, internet şəbəkəsinə qoşulmaq, məlumatların ötürülməsi, VSAT çox xidmətli şəbəkənin yaradılması və s. üçün nəzərdə tutulub.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.