Previous Next
Bağla

Azərbaycanın ikinci peykini orbitə Arianespace şirkəti çıxaracaq

01-12-2015 13:46
Azərbaycanın ikinci peykini orbitə Arianespace şirkəti çıxaracaq

“Azərspace 2  telekommunikasiya peyki ilə  bağlı hazırlıqlar davam edir.  İtehsal olunan peykin orbitə çıxarılmasını Arieanespace şirkəti  həyata keçirəcək”.

Xeberler.az-ın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini  Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bununla bağlı dekabrın 2-də Bakıda işə başlayacaq Bakutel-2015beynəlxalq sərgi-konfransı çərçivəsində sənədin imzalanacağı gözlənilir. 

 O qeyd edib ki,  bununla bağlı   elan edilən tenderin qalibi Arieanespece şirkəti olub.

 Qeyd edək ki, Azərspace 2-nin istehsal edən şirkət  Kanadanın  SSL şirkətidir.

Azerspace-2/Intelsat 38 peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur. 

 Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 mln. ABŞ dolları təşkil edəcək. Bu vəsait Azerspace-2/Intelsat 38 ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının aınmasına sərf ediləcək.

 

Məltəm Talıbzadə  

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə