Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu

22-12-2018 / 10:54

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Ərəb Rəqəmsal İqtisadiyyat Konfransı 2018 ” – də Azərbaycanı təmsil edib.

Xeberler.az  bildirir ki, konfrans BƏƏ, Ərəb Dövlətləri Liqası və beynəlxalq təşkilatların rəhbərlərinin dəstəyi ilə rəqəmsal iqtisadiyyat üçün ümumi mənzərəni təqdim etmək məqsədilə ilk dəfə keçirilib. BƏƏ hökümətinin rəsmiləri, həmçinin Maliyyə, İqtisadiyyat, və Planlaşdırma Nazirlikləri, Mərkəzi Bankların idarəçiləri,
Ticarət və Sənaye Palatasının nümayəndələri, iş adamları və investorların iştirakı ilə keçirilən konfransda Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumatlar təqdim edilib. Bildirilib ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün uzunmüddətli strategiyanın hazırlanmasında ayrı- ayrı dövlətlərin təcrübələri nəzərə alınır.

Səfər müddəti çərçivəsində Rəqəmsal Ticarət Qovağının meneceri Nicat Əsədli Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarovla da görüşüb. Görüş çərçivəsində Azərbaycanın dünya tarixində ilk dəfə olaraq, qeyri-rezidentə mobil imza, eyni zamanda Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olmasl ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın mobil və elektron rezidentlik ala biləcəyi potensial qeyri rezidentlərə dolğun və ətraflı məlumatların çatdırılması və bunun üçün qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.